Referendumla əlaqədar Azərbaycanın İrandakı səfirliyində hazırlıq işləri başa çatıb
Tehran, 10 sentyabr, AZƏRTAC
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin İrandakı səfirliyində hazırlıq işləri başa çatıb.
Diplomatik nümayəndəlikdə 6 nəfərdən ibarət məntəqə seçki komissiyası yaradılıb. Burada 16 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış müvafiq seçki məntəqəsi fəaliyyət göstərir.
Bu səsvermə məntəqəsində konsulluq qeydiyyatında olan seçicilər referendumda iştirak edəcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran