Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rejissor Mikayıl Mikayılov: Teatrda proseslər konkret məkan və zaman çərçivəsində baş verir

Rejissor Mikayıl Mikayılov: Teatrda proseslər konkret məkan və zaman çərçivəsində baş verir

Bakı, 12 iyul, Anara Axundova, AZƏRTAC

Azərbaycan Dövlət Yuğ Teatrında göstərilən tamaşalarda tamaşaçı zalının axırında - pultun yaxınlığında dayanan rejissor işığa və musiqiyə nəzarət edir, səhnədə baş verənləri diqqətlə izləyir. Təvazökarlıqla gülümsəyərək, sonda tamaşaçıların qarşısında baş əymək üçün səhnəyə çıxır. Onun sözlərinə görə, hər bir tamaşaya bir tədqiqat obyekti kimi yanaşır.

Söhbət Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru, eyni zamanda, xoreoqraf, aktyor, teatr və kino rejissoru, ssenarist Mikayıl Mikayılovdan gedir. “İlin ən yaxşı kino aktyoru” (2004), “İlin ən yaxşı teatr rejissoru” (2005), “Zirvə” mükafatının (2013) və Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) medalının laureatı AZƏRTAC-ın müxbiri ilə söhbətində öz yaradıcılıq yolu, teatrda fəaliyyəti haqqında danışıb.

-Mikayıl müəllim, siz Bakı Xoreoqrafiya Məktəbini (hazırda Bakı Xoreoqrafiya Akademiyası – red.) bitirmişiniz, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsində təhsil almısınız. Xoreoqrafiyaya gəlişiniz necə baş verdi?

-Bunun çox maraqlı tarixçəsi var. Anam Sona Mikayılova aktrisadır, o, Moskvada VGİK-i bitirib, amma balerina olmaq arzusunda idi. Bizi Bakı Xoreoqrafiya Məktəbinə göndərmək qərarına gəldi: əvvəlcə məni, sonra isə kiçik qardaşım Anarı. Amma sonda onun mənimlə bağlı arzusu baş tutmadı (gülür), amma qardaşımla hər şey yoluna düşdü – o, indi Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının solistidir. Məni isə teatr dünyası cəlb etdi. Axı mən teatrda böyümüşəm. Həm də Yuğ Teatrında. Bu teatrın yaradıcısı Vaqif İbrahimoğlu hətta zəng də vermişdi ki, tamaşa başlayanda birinci onu mən çalım. Həmişə özümü dərk etmək üçün müxtəlif yollar axtarmışam. Rəqqas idim və model qismində müxtəlif çəkilişlərə dəvət alırdım. Məni Azərbaycan Dövlət Pantomima Teatrına tamaşa üçün rəqslərin xoreoqrafiyasına dəvət etdilər və elə oldu ki, bu teatrda işləmək üçün qaldım. Orada çalışdıqdan sonra qərara gəldim ki, universitetə daxil olmaq istəyirəm, amma aktyor olmaq istəmirəm; baxmayaraq ki, məndə bunun üçün qabiliyyət olduğunu, belə aktyorlara ehtiyac duyulduğunu dedilər. Amma rejissorluqla maraqlanırdım.

- Yekunda nəyə nail oldunuz? Xoreoqraf, aktyor, teatr rejissoru, kinorejissor - belə bir qarışıq peşə alınır. Rejissorun fərqli qiyafələrdə olması nə dərəcədə vacibdir?

- Bu, özünüz üçün bir axtarışdır. Mən tez-tez dərs dediyim tələbələrdən soruşuram - uşaqlar, teatr sizin üçün nə deməkdir? Çox vaxt onlar bunu müəyyən edə bilmirlər. Amma mən özüm üçün teatrı hər istəklərimi reallaşdıracağım müəyyən bir sahə kimi seçdim. Biz müxtəlif rollar oynayırıq: mən qatil də, fırıldaqçı da, qəhrəman da ola bilərəm... Bu da bizə müxtəlif obrazların daxili aləminə nüfuz etməyə kömək edir. Əgər bunu bacarmasanız, onda inkişaf da olmayacaq. Teatr isə bizə belə bir imkan yaradır.

- 2005-ci ildə Yuğ Teatrının rejissoru oldunuz. Dediyiniz kimi, belə çıxır ki, siz bu teatrda böyümüsünüz. Orada rejissor vəzifəsinə gəlmək necə idi? Uşaqlıqda bu haqda düşünə bilərdinizmi?

- Xeyr, heç ağlıma da gəlməzdi! Bir ölkənin Yuğ Teatrı kimi gənclərin inkişaf edə biləcəyi platformasının olması çox vacibdir. Pantomimanı tərk edəndə uzun müddət teatrda işləmədim. Telekanalda işləmişəm: televiziya rejissoru olmuşam, sənədli filmlər, televiziya filmləri çəkmişəm. Orada özümü sınadım və televiziyanın tamam ayrı fəaliyyət istiqaməti olduğunu anladım, sonra isə teatra qayıtdım. Televiziyadan gedəndən sonra Vaqif İbrahimoğlunu tez-tez görməyə başladım, çoxlu söhbətlərimiz olurdu. Məndə maraq doğurduğu üçün bu teatrın poetikasını öyrənməyə başladım. Elə alındı ki, teatr mənim həmfikirim oldu. Bir müddət sonra ilk tamaşamı – Qoqolun əsəri əsasında “Dəlinin Viy adlı canavar haqqında qeydləri”ni səhnələşdirdim. Bu, sözləri olmayan psixoloji-plastik qrotesk idi. Sankt-Peterburqda, Gürcüstanda keçirilən beynəlxalq festivallara dəvət almışdıq. Bu tamaşada hər şeyi ifadə etməyə çalışdım. Qoqolun əsərlərinin hamısını oxudum, tərcümeyi-halını öyrəndim. Adətən materialla tanış olanda, yazıçının özünün həyatını öyrənirəm. Mənim üçün hər tamaşa bir növ kəşfdir, özüm üçün nələrisə aşkar edirəm.

-Teatrınızı avanqard adlandırırlar. Bunun mənası nədir?

-Yuğ Teatrının avanqard olduğunu deməzdim. Bu, daha çox anlamda postdramatik dövrün teatrıdır. Həmin dövr ötən sərin 70-ci illərindən sonra Avropada başlayıb. Azərbaycanda isə Psixosof poetikasını yaradan və onun əsasında postdramatik teatrın çərçivəsindən kənara çıxmağa imkan verən Vaqif İbrahimoğlunun sayəsində təşəkkül tapıb.

-Teatrınızın yeni açıldığı vaxt onun zamanı qabaqladığını söyləmək olarmı?

-Zənnimcə, teatrın inkişafı prosesinə nəzər yetirsək, biz hətta yubanmışdıq. Elə həmin pantomima teatrı da bizdə gec açılıb. Azərbaycanda belə tendensiyalar yox idi. Vaqif İbrahimoğlunun zamanı qabaqlamasına gəldikdə, artıq bunu gələcək göstərəcək. Çünki Yuğ Teatrı öz inkişaf yolunu davam etdirəcək və gələcəkdə deyə biləcəyik ki, dünya miqyasında zamanı qabaqlaya bilib və yeni səhifə açıbmı? Bu, çox gözəl olacaq!

-Belə olan halda, indiki zamandan danışaq. Bu gün teatrınızın vəziyyəti necədir?

-Bu gün teatrımız özünü evsiz insan kimi hiss edir...(Gülür). Onun “siması” da yoxdur. (Hazırda Yuğ Teatrı Azərbaycan Dövlət Kukla Teatrının binasında fəaliyyət göstərir – müəllif).

-Dayanın, axı teatrın “siması” təkcə bina demək deyil.

-Teatrın “siması” səhnə və insanlardır. Yuğ Teatrı məhz insanların sayəsində fəaliyyətini davam etdirir. Amma həmin insanlar yaradıcılıq məkanını hiss etmirsə...Belə şəraitdə neçə il davam gətirmək olar?

-Bu şərait hər hansı formada teatrın yaradıcılığına təsir edirmi?

-Əlbəttə. Mənfi təsir edir. Müsbət tendensiya yaranmışdı, indi də var, mövcuddur. Ancaq fəaliyyətimiz daha güclü ola bilər. Şərait isə həvəsi azaldır... Əvvəllər Yuğ Teatrı Azərbaycan Dram Teatrının arxasındakı qədim binada yerləşirdi - orada bir ab-hava var idi ki! İçəri girib teatrın “simasını” görürsən. İndi teatrın hansı “siması” var?.. Həm də öz binasının olmaması bir çox prosesləri ləngidir – məsələn, başqa teatrları dəvət edə bilmirik. Bizi dəvət edirlər, amma onları dəvət etməyə yerimiz yoxdur...

- Bəs janr baxımından? Yuğ Teatrının poetikası tamaşaçılar tərəfindən necə qarşılanır?

- Bəli, tələb var! Təbii ki, öz binamız olanda və tamaşaçı daha çox olanda. Amma köçdükdən sonra çoxlu tamaşaçını itirdik. İstiqamət itirildi və indi biz onu geri qaytarırıq. Tamaşaçı maraqla gəlir! Bizdə aktyorla tamaşaçı arasında ünsiyyət var və auditoriya özü tamaşanın iştirakçısına çevrilir.

- Yuğ Teatrının poetikasından ətraflı danışın. Hansı dramaturqlar buna daha ahəngdar şəkildə uyğun gəlirlər?

-Ümumiyyətlə, “Yuğ” qədim türk sözü olub, xüsusi dəfn mərasimi mənasındadır; məşhur qəhrəman dəfn olunanda, onun məzarı ətrafında həyatından səhnələr oynanılır, insanlar bu oyunları izləyir, həmin insanı son mənzilə yola salırdılar. Müxtəlif müəlliflərimiz var. İstənilən müəllifi götürüb bizim poetikaya uyğunlaşdıra bilərsiniz. Şəxsən mən müxtəlif müəlliflərə müraciət edirəm, o cümlədən xaricdə işləyəndə də.

- Xaricdə işləməkdən söz düşmüşkən, çox maraqlı təcrübəniz olub: bütün bunlar operada baş verib və Praqa Milli Teatrında səhnəyə qoyulan “İdomeney” tamaşasında Yoşi Oidanın köməkçisi olmusunuz. Yəni bu, yapon rejissoru idi...

-...Fransada yaşayırdı.

-Bəli! Çex teatrı. “İdomeney” bizdə Qədim Yunanıstandır.

-Üstəlik Motsart (Gülür).

-Həm də librettonun müəllifi italyan idi.

-Orada ABŞ, Macarıstan, Almaniyadan solistlər vardı, rəssam isə italyan idi.

-Yəni, tam bir beynəlmiləl heyət. Bu, necə baş verirdi? Axı burada ən müxtəlif mədəniyyətlər bir-birinə qarışmışdı...

-Orada hiss etdim ki, incəsənət adamları arasında fərq yoxdur. Tam mənəvi mənada. Baxmayaraq ki, biz müxtəlif sosial aləmlərdə yaşayırıq. Yoşi Oida özü çox maraqlı insandır, o, Lyuk Bessonun filmlərində rol alıb və teatrda işləyib. Çox danışdıq... Orada hiss etdim ki, düşüncəm başqa cür inkişaf etməyə başlayıb. Bu, mənə bir az təcrübə qazandırdı, bunun sayəsində indi hər şeyə fərqli baxıram. İşləmək çox maraqlı idi! Bu, bizim Mədəniyyət Nazirliyinin teatrın inkişafı üçün proqramı idi - xaricə səyahət etmək, təcrübə keçmək mümkün idi. Haraya getməyi özümüz tapdıq, özümüz razılaşdıq. Beləliklə, mən Almaniya və Çexiya ilə razılığa gəldim. Amma sonda Çexiyaya getdim. Tamaşanın premyerası Praqa Milli Teatrının tərkibinə daxil olan Praqadakı “The Estate Theatre” səhnəsində baş tutub. Bu, Motsartın ilk operası olan “Don Juan”ın tamaşaya qoyulduğu tarixi binadır. Orada teatr quruluşunun necə baş verdiyini izlədim və çox maraqlı təcrübə yaşadım. O vaxtdan Azərbaycanda opera səhnəyə qoymaq arzusunda olmuşam. Ona görə də təcrübə toplamaq üçün oraya getdim.

-Hansı operanı səhnələşdirmək istərdiniz?

-“Sehrli fleyta”nı. Motsartı çox bəyənirəm.

-Bəs kinoda hansı layihəni həyata keçirmək arzusundasınız?

-Bunu demək çətindir...Son vaxtlar kinodan bir az uzaqlaşmışam və hansı əsəri lentə alacağım barədə çoxdandır ki, düşünməmişəm. Məni daha çox Qədim Midiya, Atropatena mövzuları maraqlandırır. Qobustanda yoxa çıxmış Roma legionunun tarixçəsi də...

- Şəxsən sizin üçün teatr rejissorluğu ilə kino rejissorluğu arasında fərq nədən ibarətdir?

- Fərq ondadır ki, teatr canlı orqanizmdir. Bu, canlı prosesdir: insanlar toplaşır və iki qrupa bölünür - biri tamaşa göstərir, digəri isə baxır. Bu, əsrlər boyu yaşayıb və yaşayacaq. Dedilər ki, televiziya teatrı məhv edəcək - xeyr, internet də bunu edə bilmədi. Filmdə çəkdiyiniz kadrları dəyişə bilməzsiniz. Kinoda daimi təəssürat almaq olar, teatrda isə bu, mümkün deyil. Bu, yuxu kimidir. Tam aydındır ki, tamaşa da lentə alına bilər. Amma bu kadrlar canlı teatr effekti vermir. İnsanlar tamaşaya baxanda, enerji tamamilə fərqli olur. Kino da maraqlı prosesdir, amma bu janrda tamaşaçı ilə ünsiyyətdən məhrum olursan. Lakin teatrda hər şey səhnədəki “zaman və məkan” çərçivəsində baş verir.

- Bir aktyor kimi yenidən səhnəyə çıxmağı və ya filmə çəkilməyi düşünürsünüz?

- Düzünü desəm, yox. Nə vaxtsa mən təkadamlıq bir tamaşa göstərib özümü oynaya bilərəm. Amma hələ bu barədə düşünmürəm.

- Planlarınız nədən ibarətdir? Bizimlə paylaşmanızı xahiş edərdik.

- Bu yaxınlarda Yuğ Teatrında P.A.N.D.A. tamaşasının premyerasını keçirdik. Matey Vişnekin pyesi əsasında (prodüser Mikayıl Mikayılov - müəllifin qeydi). Bu, çox maraqlı oyundur! Yeni teatr mövsümündə də onu nümayiş etdirməyə davam edəcəyik. Daha sonra tamaşalarımızdan birini Estoniyaya aparmağı planlaşdırırıq. Teatr növbəti mövsümdə festivallarda iştirak etməyi planlaşdırır. Biz Gürcüstan və Qazaxıstanla da layihələr həyata keçirmək istəyirik. Avropa ölkələri ilə layihə ideyaları var, bütün bunlar hazırda danışıqlar mərhələsindədir. Qarşıdakı ikiqat yubiley üçün isə (Yuğ Teatrının bu il 35, Vaqif İbrahimoğlunun isə 75 yaşı tamam olur) teatrımızın keçdiyi yolu əbədiləşdirmək üçün onun poetikasından bəhs edən kitab buraxmaq istəyirik. Bu, gələcək üçün çox vacibdir!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir