Respublikaçılar Baydeni Kiyevə Rusiyanı vurmağa icazə verməyə çağırırlar
Bakı, 11 sentyabr, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup respublikaçı üzvü Prezident Cozef Baydenə məktub ünvanlayaraq, onu Amerikanın uzaqmənzilli silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa və Kiyevə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirməyə icazə verməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, məktubun sentyabrın 9-da imzalandığı və dövlət katibi Antoni Blinkenin çərşənbə günü Kiyevə səfəri öncəsi göndərildiyi bildirilir. Sənədi altı aparıcı respublikaçı konqresmen, o cümlədən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Maykl Makkol, kəşfiyyat komitəsinin sədri Mayk Törner və silahlı qüvvələr komitəsinin sədri Mayk Rocers imzalayıb.
Dövlət katibi isə öz növbəsində bildirib ki, Vaşinqton Ukraynanın ATACMS raketlərindən istifadə edərək Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə verilməsi ehtimalını istisna etmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]