Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəssam Rəhim Məmmədovun Azərbaycandan Türkiyəyə uzanan bir əsrlik həyat yolu - MÜSAHİBƏ

İstanbul, 23 sentyabr, Günel Karatepe, AZƏRTAC

Bəzi insanlar bu dünyaya iz qoymaq üçün gəlir. Buna nail olmaq imkanı hər kəsə nəsib olmasa da aramızdan seçilənlər olur. Belə insanlardan biri də Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədovdur. Bir misal var, deyirlər “qısa ömrünə bu qədər işi sığdırdı”, Rəhim Məmmədov isə bunun tam əksinə, təxminən bir əsrlik ömrünə çox şeyi sığdıra bilib. Milli mədəniyyətimizi özündə əks etdirən özünəməxsus əsərlərin müəllifi olan rəssam demək olar ki, həyatını sənətə həsr edib.

AZƏRTAC-a müsahibə verən Rəhim Məmmədov ilk rəsmlərini hələ uşaq yaşlarından çəkməyə başladığını deyib.

Ötən əsrin əvvəlində, 1927-ci il noyabrın 2-də Bakıda dünyaya göz açan sənətkar rəssam üçün fırçanın əvəzolunmaz olduğunu deyib: “Yəqin ki, rəssamlıq mənim qanımda var. Hələ kiçik yaşlarımdan yerə uzanıb tapdığım hər kağız parçasında rəngli qələmlərlə cızma-qaralar etdiyimi xatırlayıram. Məktəb illərimdə də rəsmə marağım çox böyük idi. Sənət yolunda ilk addımlarımı isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində atdım. Sonradan təhsilimi Moskva və Sankt-Peterburqda Rəssamlıq akademiyalarında davam etdirdim. Sankt-Peterburq Rəssamlıq Akademiyasında divar rəsmi ixtisası var idi və mən oranı seçdim, sonradan bu ixtisasa çox bağlandım. Bakıda Musiqili Komediya Teatrı üçün mozaika texnikası ilə çəkdiyim diplom işimə görə universitet tələbələrinin sərgisində xüsusi mükafatına layiq görüldüm. Təhsil həyatım çox uğurlu keçdi və 1958-ci ildə Bakıya qayıtdım. Sonra tanınmış rəssamı Mikayıl Abdullayevin tövsiyəsi ilə İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti ) işə başladım. Orada otuz ilə yaxın işlədim, kafedra müdiri, dosent oldum”.

Vətənə qayıtdıqdan sonra fasiləsiz yaradıcılıq həyatına atılan rəssamın ilk professional divar mozaika işi Bakının məşhur “Ceyran” kafesinin girişinin üzərində yer alıb. “Sonrada o kafeni sökdülər”, -deyə rəssam heyfsilənərək köks ötürür.

Rəhim Məmmədovun Xalq rəssamı Tofiq Ağababayevlə birlikdə Bakı Dövlət Sirkinin böyük divarı üçün hazırladığı “Azərbaycan sirki” mozaik lövhəsi onun yaradıcılığının bənzərsiz işlərindəndir. Xalça-kilim motivləri əsasında stilizə edilərək hazırlanan bu əsər Azərbaycan SSR Nazirlər Şurası tərəfindən ilin Milli rəsm sərgi-müsabiqəsi çərçivəsində xüsusi mükafata layiq görülüb.

Onun sözlərinə görə, keçmiş Sovet İttifaqı və İranın ortaq layihəsi olan “Araz” su bəndində yer alan, mozaik və metal qarışığı texnikası ilə hazırlanan əsəri digərlərindən fərqlənib. “Bu iş mənim yaradıcılığımın əsas məqamlarından oldu. Sonra Bakıda “Neftçi” futbol komandasının bazasında lövhə üzərinə də mozaika çəkdim. Bu isə sənətimin yeni səhifəsi oldu. Qabarıq səth üzərində işlənən əsər işıq-kölgə oyunlarından yaranan kompozisiya ilə tamamilə yeni üslub yaratdı. Ümumiyyətlə böyük həcmli işlər kollektiv əməyi tələb edir. Mən isə əsasən Tofiq Ağababayevlə işləmişəm”, -deyə Rəhim Məmmədov bildirib.

Bütün əsərlərinin onun üçün əziz olduğunu vurğulayan rəssam deyib: “Hər birinin öz yeri var. Lakin bəzilərinin hekayəsi qəlbimin dərinliyində yer alıb. Bunlardan biri də Xalq rəssamı Səttar Bəhlulzadənin portretidir. O, həqiqətən də böyük sənətkar idi. Mən bu əsərdə Səttarın iş başında siqaret yandırarkən xəyallara daldığı anı, onun hisslərini əks etdirmişəm”.

İllərin yorğunluğu rəssamla söhbətimizə mane olur və o dərin düşüncələrə dalır. Biz isə daha onu yormayıb söhbətimizi qızı, rəssam Günəş Abbas ilə davam etdiririk.

Atasının yüz ilə yaxın ömründə bir çox xoş və acılı hadisələrdən keçdiyini deyən Günəş xanım bütün bunlara baxmayaraq Rəhim Məmmədov üçün həyatın ən böyük zərbəsinin həyat yoldaşını itirməsi olduğunu bildirib: “Atam olduqca ailəcanlı və mehriban insandır. Anam Süphiyyəxanımı çox sevirdi. Onun itkisi atama çox ağır gəldi. O, hər zaman yaşamaq eşqini sənəti ilə həyat yoldaşının qayğısından aldığını deyirdi. Hər gün saat altıda evdə olardı. O, vaxtını bizimlə, ailəsi ilə keçirməyi çox sevirdi. Biz uşaqlıqdan rəsm, sənət aşiqi idik və təhsilimizi də sevərək aldıq. Təbii ki, burada ailədən gələn məsuliyyət hissi də çox böyük rol oynayır. Ailədə üç uşağıq, mən və iki qardaşım. Bizim üçün hər zaman bir Rəhim Məmmədov idealı var. Elə bunun nəticəsidir ki, hər üçümüz də rəssamlığı seçdik. Təkcə biz yox, doğmalarımızdan atamın sənətini sevərək rəssamlığa gedən çox oldu”.

Rəhim Məmmədov yaradıcılığı haqqında danışan Günəş xanım bildirib ki, 1963-cü ildə Sumqayıt şəhərinin baş rəssamı seçilən sənətkar sonralar Bakı şəhər Baş Memarlıq İdarəsində komissiya üzvi, Rəssamlar İttifaqında isə İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib: “Sonrada tale onu Türkiyəyə gətirdi. 1995-ci ildə Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Kayserinin Erciyes Universitetində İncəsənət fakültəsini yaratması üçün Rəhim müəllimi Türkiyəyə dəvət etdilər. O, burada türk rəssam Oğuz Gülərlə birlikdə rəssamlıq bölməsini qurdu və özü də uzun illər də o fakültədə dərs dedi. Sonradan oranın fəxri müəllimi oldu və öz istəyi ilə universitetdən ayrıldı. Ümumiyyətlə atam Türkiyədə çox sevildi və çox hörmət gördü, heç qəriblik də hiss etmədi. Darıxan kimi isə Bakıya gedirdi...”.

Müsahibəmizin Qarabağ Zəfərinin ildönümü ərəfəsində olduğunu xatırladan həmsöhbətimiz bu Qələbənin hər bir azərbaycanlını qürurlandırdığı kimi, Rəhim Məmmədovu da dərindən sevindirdiyini deyir: “Şuşanın atamın yaradıcılığımda xüsusi yeri var. Bibim 1960-cı illərdə Şuşada həkim işləyirdi. Atam isə tez-tez bacısına baş çəkməyə gedərdi. Şuşanın mənzərələri onu valeh etmişdi və bu şəhərlə bağlı çoxlu etüdləri var. Hazırda o işlərdən əlimizdə iki rəsm qalıb, “Cıdır düzü” və başqa bir mənzərə rəsmi. Digərləri isə Şuşada qaldı, bu əsərlərin taleyindən isə xəbərimiz yoxdur”.

Rəssamın əsərləri 1958-ci ildən başlayaraq dünyanın fərqli bölgələrində çoxsaylı sərgilərdə nümayiş etdirilib. Bu sərgilərdə onun heykəl, mozaika işləri ilə yanaşı, yağlı boya ilə çəkilən “Bakılı qız”, “Təcrübə”, “Anamın portreti” kimi bir çox olduqca diqqət çəkən rəsmləri də yer alıb. Rəssam Türkiyədə “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyi tərəfindən “2022-ci il sənət” mükafatına layiq görüb. Onun əsərləri Türkiyə ilə yanaşı dünyanın müxtəlif ölkələrinin muzey və kolleksiyalarında yer alır.

Qeyd edək ki, 97-ci doğum gününü qeyd etməyə hazırlaşan rəssam uzun illərdən sonra ilk müsahibəsini məhz AZƏRTAC-a verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO