Azərbaycan Dövlət İnformasiya Agentliyi

“RİA-Novosti” agentliyi azərbaycanlı həmkarlarını qarşıdurmaya dəvət edir

Bakı, 25 fevral (AZƏRTAC). Vadim Dubnovun “Qarabağ 25 il ərzində tanınmamış olmağa öyrəşmişdir” adlı məqaləsində (http://ria.ru/analytics/20130225/924455511.html) faktoloji xarakterli çoxlu səhvlər olması bir yana, üstəlik, bu məqalə Rusiyanın “RİA-Novosti” dövlət (!) xəbər agentliyinin saytında dərc edilmişdir. Düzdür, materialın lap sonunda redaksiya yöndəmsiz şəkildə özünü sığortalamağı qərara alaraq “müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər” qeyd-şərtini etmişdir, lakin yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının dövlət agentliyinə namünasib suallar hökmən veriləcəkdir.

Bağışlayın, məgər bu Rusiya hökumətinin mövqeyidir? Dövlət büdcəsindən maliyyələşdirilən xəbər agentliyi Azərbaycanın Dağlıq Qarabağ regionunun inzibati mərkəzini haçandan Xankəndi əvəzinə “Stepanakert”, Xocalı aeroportunu “Stepanakert aeroportu” (görəsən, bu aeroport tarixdə haçan belə adlanmışdır), vilayətin əhalisinin düz üçdəbir hissəsi doğma evlərindən zorla qovulması səbəbindən onların qondarma “seçkilərdə” iştirakı olmadan formalaşdırılmış dəstəni “parlament” adlandırır?

Bəlkə biz də dövlət agentliyi kimi “RİA-Novosti”dən olan həmkarlarımızdan nümunə götürərək Qroznı əvəzinə “Cövhər” və Çeçenistan əvəzinə “İçkeriya” adlarından istifadə edilən material hazırlayaq, materialın sonunda isə yazaq: “Bilirsinizmi, həmkarlar, bizə acıqlanmayın, axı müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər”.

Necədir?!

Rusiyada belə hərəkətlərə yol verilməsi ilk dəfə deyildir. 2012-ci il martın 21-də Rusiya Strateji Araşdırmalar İnstitutunda (RSAİ) “Yaxın Şərqdə və postsovet məkanında Türkiyə amili” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilmişdi. Bu tədbir həm öz tərkibinə, həm də buraxdıqları materialların məzmununa görə çox şübhə doğuran rus-erməni birliyi ilə birgə təşkil edilmişdi. Bu təşkilatın mahiyyəti barədə təkcə onu demək kifayətdir ki, Azərbaycana qarşı yönəlmiş bəyanatlarına görə RF XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan biabırçı şəkildə qovulmuş qalmaqallı Vladimir Zaxarov bu qurumun üzvüdür. Əlbəttə, RSAİ öz tədbirlərini təşkil etmək üçün özünə necə tərəfdaşlar seçməsi bizim işimiz deyil, lakin həmin tədbirə qatı separatçı Fəxrəddin Aboszoda ilə yanaşı, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən olan “DQR xarici işlər nazirinin məsləhətçisi”nin (dırnaq işarəsi bizimdir, orijinalda dırnaqsızdır) də dəvət edilməsi (onun ad-soyadını bildirmirlər) və qonaqları RSAİ-nin direktoru, bu vəzifəyə Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə təyin edilmiş Leonid Reşetnikovun şəxsən salamlaması faktının bizə birbaşa aidiyyəti vardır.

Bağışlayın, bunu necə başa düşək? Bəlkə biz də bu hoqqabazlığa cavab olaraq Doku Umarovun həmkarlarını Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə (SAM) dəvət edək və onları “İçkeriya Çeçen Respublikası”nın rəsmi şəxsləri kimi təqdim edək? RF XİN tərəfindən göndərilə biləcək diplomatik notaya cavab olaraq biz də standart cavab hazırlaya bilərik: “Bu münaqişədə Azərbaycanın mövqeyi dəyişməmişdir: Bakı Çeçenistan münaqişəsinin sülh yolu ilə hər iki tərəfi qane edən həllinə tərəfdardır”. Görəsən bu, bizim rusiyalı tərəfdaşlarımızın xoşuna gələrmi?

Bəlkə, biz Boris Berezovskini SAM-a dəvət edək? Yaxud Dağıstan Əmirini elə belə də, yəni, dırnaq işarəsindən istifadə olunmadan təqdim edək? Bəlkə biz də guya “təsadüfən” Kuril adalarını RF xəritəsindən çıxaraq və ya onları, bəzən “RİA-Novosti”nin öz materiallarında Azərbaycan xəritəsinə münasibətdə etdiyi kimi həmin adaları mübahisəli ərazilər kimi göstərək? Sonda da formal surətdə qeyd edək ki, material müəllifinin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

“RİA-Novosti” yazır: “Qarabağ tanınmamış olsa da, tamamilə formalaşmış dövlətdir”. Nə müəllif, nə də redaksiya ən sadə bir sual üzərində fikirləşmir: Görəsən dünyanın hansı hissəsində ikinci bir “tamamilə formalaşmış dövlət” var ki, onun büdcəsi bütünlüklə başqa dövlətin büdcəsinə inteqrasiya edilmiş, özünün nə valyutası var, nə də xarici pasportu? Ey həmkarlar, siz başqa dövlətin - Ermənistanın xarici pasportu ilə dünya ölkələrinə səfərlər edən “tamamilə formalaşmış dövlətin prezidenti”ni harada görmüsünüz? Qarabağ heç vaxt dövlət olmamışdır, dövlət deyildir və heç vaxt olmayacaqdır - istər formalaşmış, istərsə də formalaşmamış. Bu ərazi beynəlxalq səviyyədə Azərbaycanın işğal edilmiş hissəsi kimi tanınmışdır və onun ən adekvat xarakteristikası bu yaxınlarda Britaniya parlamentinin bir qrup deputatı tərəfindən verilmişdir - 'claimed to be "independent", but de-facto annexed by Armenia'. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun, “RİA-Novosti”nin materiallarında (bax: məsələn http://ria.ru/world/20121212/914494136.html, http://ria.ru/world/20130110/917586887.html, http://ria.ru/politics/20120908/745975658.html və b.) dırnaqsız “Dağlıq Qarabağ Respublikası” adlanan bölgənin bugünkü statusu 1941-45-ci illərdə nasistlər tərəfindən işğal edilmiş Ukraynanın yerində yaradılmış qondarma “Ukrayna Reyxkomissariatı”nın (Reichskommissariat Ukraine) statusuna identikdir!.

Özünü guya “neytral” kimi göstərən “RİA-Novosti” agentliyi 25 illik yubileylərdən söhbət açmaqla erməni tərəfin susmağa çalışdığı, əsrin dörddəbiri qədər tarixi olan bütün hadisələri heyrətamiz şəkildə siyahıdan silmişdir, məsələn: 1987-ci ilin noyabrından 1988-ci ilin yanvarına qədər Qafan, Mehri və Masisdə azərbaycanlılara qarşı İLK talanlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində İLK qaçqınların oradan deportasiya edilməsi; 1988-ci ilin fevralında Əsgəranda iki azərbaycanlı gəncin ermənilər tərəfindən qətlə yetirilməsi, həmin gənclərin bu qanlı münaqişədə İLK qurbanlar olması; Sumqayıt qırğınında cinayətkar erməni Eduard Qriqoryanın və onun əlaltıları olan iki nəfər başqa erməninin iştirakı ilə öldürülmüş 26 ermənidən yeddisinin şəxsən E.Qriqoryan tərəfindən həyatdan məhrum edilməsi; İttifaq dövlətini laxlatmağa başlamış İLK kütləvi tətillər, DQMV-də ictimai asayişin pozulması və ictimai itaətsizlik - Prezident V.Putin İttifaq dövlətinin süqutunu özünün şəxsi faciəsi adlandırmışdı (buna görə ermənilərə ayrıca “sağ ol” düşür); SSRİ tarixində ilk dəfə bu və ya digər milli azlığın müttəfiq respublika ərazisindən tamamilə deportasiya edilməsi - 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan SSR-dən azərbaycanlıların tamamilə çıxarılması.

Agentlik bütün bu “yubiley” hadisələri barədə susmağı üstün tutur.

Amma əvəzində iki yüz il bundan əvvəl imzalanmış Gülüstan müqaviləsi haqqında yazır, sanki bundan əvvəl 1805-ci ildə Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olması haqqında Qarabağın azərbaycanlı (!) hökmdarı İbrahimxəlil xan və general Sisianov tərəfindən imzalanmış Kürəkçay müqaviləsi olmayıbmış. Bu halda ermənilərin nə Gülüstan müqaviləsinə, nə də Kürəkçay müqaviləsinə heç bir aidiyyəti olmamışdır, buna görə də ermənilərin bu il məhz nəyi qeyd etməyə hazırlaşması o qədər də aydın deyildir. Xüsusən ona görə ki, Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov tərəfindən həyata keçirilmiş və tarixçi Qlinka tərəfindən müfəssəl təsvir edilmiş hadisə - onların əcdadlarının Qarabağda və İrəvanda kütləvi şəkildə məskunlaşdırılması Gülüstan müqaviləsindən 15 il sonra - 1828-ci il Türkmənçay müqaviləsi imzalanandan sonra başlanmışdır.

Aydındır ki, müəllif bütün bunları bilmir. Bir də ki, haradan bilsin - axı, qonaqpərvər “qarabağlılar” onu Marquşevan kəndində hələ münaqişə başlanana qədər ermənilərin İrandan Qarabağa köçürülməyə başlanmasının 150 illiyi münasibətilə 1978-ci ildə ucaldılmış və onun açılışından 10 il sonra separatistlər tərəfindən tez-tələsik məhv edilmiş memorialın olduğu yerə aparmamışlar! Buna baxmayaraq, o, faktları lazımınca öyrənmədən tarixi mövzularda yazmağa risk edir.

“RİA-Novosti” aydın olmayan bir məqsədlə ermənilərin 1994-cü il haqqında xatirələrinə istinad edir. Onların sözlərinə görə o vaxt Moskva “Qarabağ” ordusunun (əslində Ermənistan ordusunun) Bakıya, yaxud heç olmasa, Gəncəyə gedib çatmasına imkan verməmişdi. Yaxşı ki, heç olmasa Gəncə adını düzgün yazıblar, bu şəhərin erməni adı barədə erməni təbliğat-təşviqat ideoloqlarından soruşmayıblar (axı, ermənilər hər ehtimala qarşı dünyanın bütün şəhərləri və günəş sisteminin bütün planetləri üçün ehtiyat kimi erməni adları hazırlayıblar).

Biz isə bəzən 1920-ci ili xatırlayırıq, o vaxt 11-ci qızıl ordu tərəfindən Ermənistanın sovetləşdirilməsi Kazım Qarabəkirin ordusuna adı da saxta olan, Rusiya imperatoru tərəfindən 1828-ci ildə keçmiş İrəvan xanlığının ərazisində süni şəkildə yaradılmış “Ermənistan” psevdodövlətini dünya xəritəsindən silməyə imkan verməmişdi. Beləliklə, gəlin xatirələrimizi ürəyimizdə saxlayaq, yoxsa 1920-ci il Aleksandropol müqaviləsi də yada düşəcək, ermənilər bu müqaviləni nədənsə o qədər də həvəslə xatırlamırlar.

Bizi bir məsələ də maraqlandırır, “Ramil Səfərov” adı ilə tanış olan “RİA-Novosti” bu günə qədər Ermənistanda qəhrəmanlar kimi qələmə verilən beynəlxalq terrorçular Varujan Qarabedyan və Ampiq Sasunyan haqqında, mənfur qatil Qurgün Yanikyan, nasist generalları Dro və Njde və onlara oxşar alçaq uşaq qatilləri haqqında neçə material buraxmışdır? Əgər redaksiyanın bu adları ilk dəfə eşitməsi məlum olarsa, biz təəccüblənmərik.

Onu da bilmək istərdik ki, “RİA-Novosti” redaksiyası, yeri gəlmişkən bu gün qeyd edilən Xocalı soyqırımının ildönümü ilə bağlı hansı materialı hazırlamışdır? Öz xüsusi müxbiri Vadim Dubnovu Azərbaycan hökumətinin icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazisinə göndərmiş və bununla da onun adını ölkəmizin Xarici İşlər Nazirliyinin qara siyahısına düşməsinə şərait yaratmış agentliyin rəhbərləri özünün daha bir xüsusi müxbirini Bakıya göndərə bilməzdimi ki, o, həmin dəhşətli qırğından sağ çıxmış Xocalı sakinləri ilə görüşsün və faciənin ildönümü ilə əlaqədar material hazırlasın?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib

Ötən il Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib

Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/13/2025 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb

Aİİ-də Rusiyada Quranın tədqiqatları tarixinin müxtəlif mərhələlərindən bəhs olunub

Çexiyanın sənaye və ticarət naziri Avropada yeni enerji böhranı barədə xəbərdarlıq edib

Kəlbəcər sakinlərinə tibbi xidmət göstərilib

Tarixi nailiyyətin təntənəsi: BDU-da Dövlət Suverenliyi Günü qeyd edilib

Şərqşünas-alim Buxarest Universitetində məruzə edib

Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub

“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub

Hacıqabulda şagirdlər yol nişanları barədə məlumatlandırılıb

Azərbaycanlı doktorant Barselonada beynəlxalq konfransda məruzə edib

Azərbaycan Universitetində Dövlət Suverenliyi Günü qeyd olunub

“Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” - elmi konfrans

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO

Goranboyda aqrar layihələr genişləndirilir - 2026–2030 Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Batumidə regionun Mərkəzi Banklarının rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib

Rusiyada Dövlət Dumasına seçkilər keçirilir

Ziya Bünyadov prospektinin bir hissində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb

“Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb

® 617 balla baytarlığı seçdi: “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” gələcəyin baytarına dəstək oldu

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir

Ermənistanda mövcud reallıqları qəbul etmək istəməyən qüvvələr hələ də var - ŞƏRH

Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqla bağlı təkliflər nəzərdən keçirilib

Professor Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır

Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb

Britaniyanın “İtalyan kəndi” – AZƏRTAC-ın müxbiri Uelsdən yazır

“Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq

Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq VİDEO

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları - ŞƏRH

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb

Ermənistan cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı hələ də ciddi problemlər mövcuddur - RƏY

Rusiyanın “Orfey” radiosu efirini Üzeyir Hacıbəylinin irsinə həsr edib

Azərbaycan ərazisindəki tarixi və dini abidələrin mübahisələndirilməsi cəhdləri absurddur – ŞƏRH

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır

Nadir Məmmədli: Şəxs adları xalqın dilini, tarixini və milli-mədəni yaddaşını əks etdirir

Naxçıvanda 17 qadın sahibkarın layihəsinə 700 min manata yaxın güzəştli kredit ayrılıb

Türk və İslam dünyasının Bakıda birləşən gündəliyi: Prezidentdən mühüm mesajlar - ŞƏRH

Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir

Qafqaz və Türk dünyası: Prezident İlham Əliyevin strateji konsepsiyasındakı əsas istiqamətlər - TƏHLİL

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

“Milli ruhun səsi” Gəncədə səslənib

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub

Türk dünyasının strateji subyektliyi: gücün yeni institusional məntiqi - ŞƏRH

AFFA və PFF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB

Yaxın Şərqdə nüvə obyektlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı qətnamə qəbul edilib

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

PFL Azərbaycan Kubokuna sponsorluqla bağlı bir neçə şirkətlə danışıqlar aparır

Bakı türk dövlətləri arasında strateji məsləhətləşmələr üçün mühüm ünvana çevrilib - ŞƏRH

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına Göygöldə hazırlaşacaqlar

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub VİDEO

Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib

Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb VİDEO

İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH

Sabitlik artıq dəbdən düşüb – TƏHLİL

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub

Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib

Sabah hava əsasən yağmursuz keçəcək

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib

BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir

FIFA Qavinin cəzasını qüvvədə saxlayıb

Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Könül Nəsirova: Milli Musiqi Günü zəngin sənət irsimizə və milli dəyərlərə ehtiramın rəmzidir

Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək