Robert Levandovski “Bavariya” klubundan “Barselona”ya keçir
Bakı, 16 iyul, AZƏRTAC
Münhenin “Bavariya” klubu polşalı hücumçu Robert Levandovskinin “Barselona”ya keçəcəyini elan edib.
AZƏRTAC alman klubunun saytına istinadla yerlə xəbər verir ki, 33 yaşlı hücumçunun transferi ilə bağlı şifahi razılaşma əldə olunub. Lakin sövdələşmə hələlik başa çatmayıb.
Münhen klubunun idarə heyətinin sədri Oliver Kan deyib ki, komandanı əvvəllər də böyük futbolçular tərk edib və bu, “Bavariya” üçün “dünyanın sonu deyil”.
KİV-də yayılan xəbərlərə görə, “Bavariya” hücumçunun satışından 50 milyon avro qazanmaq niyyətindədir. Onun transfer qiyməti 45 milyon avro məbləğində qiymətləndirilir. Levandovskinin “Bavariya” ilə müqaviləsinin müddəti 2023-cü ilin yayında bitir. Buna baxmayaraq, o, klubu tərk edərək “Barselona”ya keçməyə hazır olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]