Robert Levandovski israilli menecerlə anlaşıb
Bakı, 26 fevral, AZƏRTAC
Polşa millisinin və “Bavariya”nın hücumçusu Robert Levandovski meneceri Çezari Kuxarski ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, həmvətəni ilə 10 illik əməkdaşlığa son qoyan polşalı forvard özünə yeni agent tapıb. İyirmi doqquz yaşlı futbolçu bundan sonra Pini Zahavi ilə işləyəcək.
Levandovskinin bir çox məşhur futbolçunun transferini həll edən israilli menecerlə əməkdaşlığa başlaması onun yayda “Real”a keçəcəyi iddialarını gücləndirib. Təcrübəli futbolçunun “kral klubu”nda Kərim Benzemanı əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, ingilis klubları, xüsusilə “Mançester Yunayted” və “Çelsi” ilə yaxşı münasibətləri olan Zahavi Neymarın “Barselona”dan PSJ-yə keçidində də yaxından iştirak edib. Hətta o, bu transferdən 12 milyon avro faiz götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]