Azərbaycan Dövlət İnformasiya Agentliyi

Romada Azərbaycanla bağlı konfrans keçirilib VİDEO

Roma, 24 fevral, AZƏRTAC

Fevralın 23-də Roma Tor Verqata Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Classis Project” təşkilatının təşkilatçılığı ilə “Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı. Avropa və Asiya arasında körpü” mövzusunda konfrans keçirilib.

Universitetin humanitar elmlər fakültəsinin dekanı Franko Salvatore konfransı açaraq son illər İtaliyada Azərbaycanla bağlı müxtəlif konseptdə tədbirlərin keçirilməsini müsbət hal kimi dəyərləndirib. Qeyd edib ki, bu cür layihələrin reallaşdırılması Azərbaycanı daha yaxından tanımağa imkan yaradaraq, ölkələrimiz arasında əlaqələrin inkişafına da yol açır.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirin Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq baxımından önəmini vurğulayıb. Diqqətə çatdırıb ki, bu cür layihələr ölkələrimiz arasında əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyə yönəlib.

Azərbaycanın inkişaf tarixindən danışan A.Quliyev bildirib ki, ölkəmiz Cənubi Qafqaz regionunda çox vacib rol oynamaqdadır. Cəmi 24 illik müstəqillik tarixinə malik Azərbaycan bu qısa zaman kəsiyində mütərəqqi inkişaf yoluna qədəm qoyub. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərə və milli köklərə malik xalqların əsrlər boyu vahid ailə kimi yaşadığı multikultural bir cəmiyyət mövcuddur.

Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərindən bəhs edən Şura sədri deyib: “Bildiyiniz kimi, Azərbaycan siyasi, iqtisadi eləcə də digər mühüm sahələrdə Aİ ilə yaxın və yaxşı qonşuluq əlaqələrinə malikdir. Ölkəmiz ilə Aİ arasında imzalanmış çoxsaylı sənədlər Azərbaycanın mövcud ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərir. Xüsusilə, İtaliya ilə güclü siyasi, iqtisadi və mədəni əlaqələrimiz var. Bu gün Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən A.Quliyev qeyd edib ki, bu münaqişə nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan hökuməti münaqişənin ağır nəticələrini yaşayan insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də, onların ən böyük arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır. A.Quliyev 2005-ci ildə İtaliya hökuməti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan məcburi köçkünlərə humanitar yardımın göstərilməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Şura sədri əlavə edib ki, bu günlərdə Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümünü qeyd edir. Həmin gecə törədilən qətliam zamanı 613 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 487 nəfər ağır şəkildə yaralanıb və çoxlu sayda həmvətənimiz itkin düşüb. Çox təəssüf ki, bu soyqırımını törədən şəxslər əməllərinə görə nəinki qanun qarşısında layiq olduqları cəzanı almayıblar, əksinə onlar Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar.

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli bildirib ki, ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir. Münasibətlərimiz siyasi, iqtisadi, mədəni və digər sahələrdə getdikcə inkişaf etməkdədir. O deyib: “Ölkələrimizin təhsil ocaqları arasında da yaxın əlaqələr yaratmaqda fayda var. Təhsil və mədəniyyət sahəsində birgə

layihələr həyata keçirməklə hər iki ölkənin gənclərinin cəlb olunacağı təşəbbüsləri dəstəkləmək olduqca önəmlidir”.

Bildirilib ki, dinlərarası toqquşmaların artdığı müasir dövrdə önəmli dəyərlərdən biri də multikulturalizmdir. Azərbaycan və İtaliya QHT-lərinin birgə reallaşdırdıqları tədbirlər mutikulturalizmin dünyada alternativi olmadığını bir daha nümayiş etdirir. Bu baxımdan model ölkə sayılan Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılmış “Sirli Azərbaycan” portalının təqdimatı olub. İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqrande italyan dilində Azərbaycanla bağlı bu cür portalın yaradılması ideyasının reallaşmasından bəhs edib. Bildirib ki, portal italiyalıların Azərbaycan haqqında məlumat əldə etmələri üçün əvəzsiz vasitə olacaq. Gələcəkdə portalın digər Avropa dillərində fəaliyyət göstərməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən universitetin professoru Covanni Miele Azərbaycanda medianın strateji rolu ilə bağlı fikirlərini bölüşüb. Vurğulayıb ki, media ölkə ilə bağlı həqiqətləri yaymaq və onun təbliği istiqamətində effektiv bir alətdir. Qeyd edib ki, son illər Azərbaycanın sürətli iqtisadi inkişafı, füsunkar təbiəti, mədəniyyəti, adət-ənənələri beynəlxalq medianın diqqət mərkəzindədir. Tədbirdə təqdim olunan portal və bu kimi vasitələr ölkələrimiz arasındakı əlaqələrin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sonra tədbir “Azərbaycan ilə tanışlıq” mövzusunda sessiya ilə davam etdirilib.

Paolo Kasaqrande Azərbaycanın əlverişli coğrafi mövqeyi, əhalisi, mədəniyyəti, adət-ənənələri və siyasi sistemi ilə bağlı təqdimatla çıxış edib. Diqqətə çatdırıb ki, Azərbaycanın folkloru, aşıq sənəti, ədəbiyyatı, muğamı, xalçaları və bir çox digər zənginlikləri bu ölkənin bəşəriyyətə bəxş etdiyi töhfələrdir.

Növbəti panel iclasda çıxış edən İtaliyadakı Azərbaycan Tədqiqatları Mərkəzinin rəhbəri Fernando Orlandi qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəqəmsal arxivini təqdim edib. Bildirib ki, arxiv 1988-ci ildən 2014-cü ilədək münaqişə ilə bağlı minlərlə məqalə və materialların toplusudur.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olması ilə bağlı tarixi faktlar, münaqişənin kökləri, səbəbləri və nəticələri barədə məlumat verib. Diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr, eləcə də digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul edib. Lakin bu sənədlərə hələ də əməl olunmur. Beynəlxalq qiymətləndirmə təşkilatlarının ilkin hesablamalarına görə, bu münaqişə Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları həcmində ziyan vurub.

Xocalı faciəsindən bəhs edən B.Əliyev bildirib ki, tarixi faktlar, dəlillər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilmiş cinayətin soyqırımı aktı olduğunu sübut edir.

İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Umberto Qriscioli “Tarix - ilk yaşayış məskənlərindən sovet dönəminədək” və “Multikulturalizm və dini birgəyaşayış dəyərləri”, Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun tədqiqatçısı Matteo Verda “Müasir Azərbaycanın iqtisadi inkişafı” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra “Azərbaycan: dini tolerantlıq modeli” sənədli filmi nümayiş etdirilib.

Sonda məruzəçilərin çıxışlarının italyan dilində kitab şəklində çap olunması barədə qərar qəbul edilib.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Romada Azərbaycanla bağlı konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb