Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Rossiya-24” telekanalından piar-yalan: asan yolla pul qazanmaq və gülmək

Bakı, 15 fevral (AZƏRTAC). Ermənistanın Armenianreport.com informasiya portalında dərc olunmuş bir materialda (http://www.armenianreport.com/pubs/52453) prezident Serj Sarkisyan tənqid edilir.

İnformasiya resursu Rusiyanın “Rossiya-24” dövlət telekanalını da kəskin tənqid etmişdir. Buna səbəb - həmin telekanalın Ermənistan prezidentinin ailəsinə həsr etdiyi, baş qəhrəmanı Ermənistanın birinci xanımı Rita Sarkisyan olan filmdir.

““Rossiya-24” telekanalından piar-yalan: asan yolla pul qazanmaq və gülmək” sərlövhəli məqalənin müəllifi Qraçya Qalustyan Rusiya telekanalı jurnalistlərinin “xalturaya” yol verməsinə , “Prezidentin arvadı” filminin ssenarisinin və montajının keyfiyyətsiz olmasını qeyd edir.

AZƏRTAC həmin məqalənin tam mətnini oxuculara təqdim edir.

“Rita Aleksandrovna barəsində bunu bilmək “Rossiya-24” telekanalının bütün auditoriyasına nə dərəcədə vacibdir ki, Serj Azatoviç ilə görüşənə qədər heç kəs ona 3-dən artıq qərənfil hədiyyə etməmişdir?!

Çox güman ki, “Rossiya-24” telekanalında nümayiş etdirilmiş “Prezidentin arvadı” filminə görə külli məbləğdə pul qazananlar Ermənistan prezidenti Serj Sarkisyanın piar kampaniyası adı altında onu xamladıqlarına görə gülməkdən uğunmuşlar. Doğrudan da gülməlidir. Axı, Ermənistanın birinci xanımı Rita Aleksandrovna Sarkisyan və kadr arxasındakı səsin müəllifi “Kamedi klab” verilişinin bir neçə buraxılışı üçün kifayət edəcək gülməli sözlər danışırlar.

Əvvələn, bu filmin hansı auditoriyaya ünvanlanması aydın deyil. Əgər auditoriya kimi Ermənistan və Qarabağ vətəndaşları nəzərdə tutulursa, bunun üçün bir ətək xərc çəkməyə dəyməzdi. Burada prezident və onun ailəsi barədə demək olar ki, hər şeyi kinosuz da bilirlər. Belə çıxır ki, film kənar auditoriya üçün nəzərdə tutulmuşdur. Yenə aydın deyil. Axı nə qədər gülməli olsa da, xatırlatmalıyıq ki, prezident seçkilərində xalturaçıların əsərinə federal telekanalda baxmış Rusiyanın və ya dünyanın başqa bir ölkəsinin vətəndaşları yox, Ermənistan vətəndaşları səs verəcəklər. Deməli, bütün bu əməliyyat həmin layihənin həyata keçirilməsində iştirak etmiş bir qrup şəxsin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün lazım imiş.

Rusiya televiziya işçilərinin yaradıcılığının və onların yumor hissinin məhsuluna baxanlar isə indi Ermənistanı idarə edənlərin intellektual və mədəni səviyyəsi barədə birmənalı nəticə çıxara bilərlər. Tamaşaçıların gülüş səsləri indi də eşidilir. Etiraf etməliyik: gülməli olana gülmək qəbahət deyil. Bu “şedevr”in nümayişinin ilk dəqiqələrindən tamaşaçı gülməkdən özünü saxlaya bilmir.

Məsələn, bir epizodda Ermənistan prezidenti Serj Sarkisyan pilləkənlə düşür. Əynində palto, əlində portfel var. Onu dövlət əhəmiyyətli işlər gözləyir. Lakin əvvəlcə dövlət başçısının səhər yeməyi vaxtı çox xoşladığı almalı fəsəli göstərilir. Mühüm məlumatdır, deyilmi? Belə çıxır ki, əgər bizə Serj Sarkisyanın səhərlər manna sıyığı və ya qayğanaq yediyini desəydilər, tamam məyus olardıq. Hərçənd, ölkə prezidentinin həyatında fəsəlinin rolu barədə giriş sözünün mənası sonrakı epizodlarda daha geniş açıqlanır. Sən demə, Vladimir Putin və Dmitri Medvedev də Serj Sarkisyan kimi, fəsəli yeməyi xoşlayırlarmış. Bir halda ki, belədir, onda ölkənin bütün sakinləri çoxluca fəsəli bişirsinlər, bəlkə onda Rusiya prezidenti axır ki, Ermənistana səfər edər. Eyni zamanda politoloji leksikona yeni bir termin əlavə edək - “fəsəli diplomatiyası”.

Sonra Serj Sarkisyanın çox əməksevər olmasından bəhs edilir. O, ən yaxşı halda axşam saat 10-da evə qayıdır. Burada iki sual yaranır. Birinci: kim deyir ki, cənab prezidentin axşam evə gec qayıtması hökmən onun işdə çox məşğul olması ilə bağlıdır. Bəlkə o, şahmat oynayırmış? Axı hamıya məlumdur ki, o, bu işi xoşlayır...

İkinci sual: əgər Ermənistan prezidenti, bizə bildirildiyi kimi, heyrətamiz dərəcədə əməksevərdirsə, onda nə üçün ölkəmizin vətəndaşlarının güzəranı get-gedə pisləşir, ölkədən çıxıb gedənlərin sayı isə artır. Bizim dövlət başçısının adı, gərək ki, Sizif deyil, amma işinin faydalı iş əmsalı eynidir.

Serj Azatoviç ilə Rita Aleksandrovnanın necə tanış olması barədə hekayəti ayrıca xatırlatmağa dəyər. Prezident ailəsinin dostu Nelli Voskanyan bu barədə bütün Rusiyada və keçmiş SSRİ məkanındakı başqa ölkələrdə dəfələrlə çıxış etmişdir. Televiziya tamaşaçılarına söyləyirlər ki, Rita Aleksandrovna Nelli Voskanyanın oğlunun musiqi müəlliməsi olmuşdur. Oğlanın 6 yaşı tamam olanda Nelli-can həmin bayrama Rita Aleksandrovnanı və ... Stepanakert şəhər komsomol komitəsinin üzvlərini, o cümlədən komsomolçu kimi inamla karyera yaratmış Serj Azatoviçi də dəvət edir. Nə üçün təəccüblənirsiniz? Axı uşağın altı yaşına komsomol işçilərini dəvət etmək tamamilə məntiqəuyğundur! Sadəcə olaraq, bütün bu deyilənləri Serj Azatoviçin və ya Rita Aleksandrovnanın ad gününə Vitalik Voskanyanın bütün dostlarının dəvət edilməsi barədə hekayətlə tamamlamaq lazım idi.

Yeri gəlmişkən, Vitalik haqqında. Veriliş müəlliflərinin fikrincə, Serj Sarkisyan Stepanakert şəhər komsomol komitəsinin işçisinin uşağından çox ustalıqla - Serj Azatoviçlə Rita Aleksandrovna arasında görüşlər üçün bəhanə kimi istifadə edirmiş. Tamaşaçılara bildirilir ki, Ermənistanın gələcək prezidenti o vaxt Vitaliki musiqi məşğələlərinə aparmağı qərara almaqla siyasətçilərin təbirincə desək, “məkik diplomatiyası”nı sınaqdan keçirmişdir. Sonra isə indi artıq polkovnik rütbəsi olan Vitalik Voskanyanın özünü göstərirlər. Yenə sual yaranır: prezident ailəsinin həyatında bu qədər mühüm rol oynamış insan daha yüksək rütbəyə layiq deyilmi?

Bu suala cavab verməkdə tələsməmək olar, xüsusən ona görə ki, ondan daha vacib sual var: “Rossiya-24” telekanalının bütün auditoriyasının bunu bilməsi nə dərəcədə vacibdir ki, Rita Aleksandrovna Serj Azatoviçlə görüşənə qədər ona heç kəs üçdən çox qərənfil bağışlamamışdı?! Yaxud, R.Sarkisyan deyir: “Həyatımda ilk dəfə 25 qərənfil aldım. Yəqin ki, bu, mənim gözlədiyim adam idi”. Belə çıxır ki, o hələ də şübhələnir - Serj Azatoviç doğrudanmı onun ərə getməli olduğu adamdır, yoxsa o deyil? Maraqlıdır, görəsən, bir başqası Rita Aleksandrovnaya 25 yox, 35 qərənfil bağışlasaydı, o nə edərdi? Onda Serj Azatoviç Rita Aleksandrovnasız qalardı?! Bunlar mənim suallarım deyil. Bircə dəqiqə, bu suallar Ermənistanın birinci xanımının söylədiklərindən məntiqi nəticə kimi yaranır!

Yaxşı, deyək ki, o, yersiz bir söz demişdi, bəs “Rossiya-24” telekanalının film üzərində işləyən redaktorlar qrupunun həmin məqamı kəsib atmasına nə mane olurdu? Buna heç kəs mane olmurdu, amma kəsib atmayıblar. Özü də təkcə bu hissəni yox. Ermənistanın birinci xanımı onlar nikah haqqında şəhadətnaməni imzalayan vaxtda çəkilmiş fotoşəkili göstərərək deyir: “Bu elə bir möhürdür ki, ondan yaxa qurtarmaq artıq mümkün deyil”. Bu cümlədə ilk növbədə yadda qalan nədir? - “Yaxa qurtarmaq” sözü. Bu sözü kəsib atmaq çətin idimi? Rita Aleksandrovnanın öz xasiyyəti barədə dediyi “partlayış təhlükəli” sözünün efirə getməsi vacib idimi? Bu üsulla birinci ledinin hansı obrazı formalaşdırılır? Özünüz düşünün.

Növbəti kadr. Nikolay Sərdaryan - tənəkəçi və Serj Sarkisyanın uşaqlıq dostu. Rusiyalılar şokdadır. Nikolay Sərdaryan əvvəlcə nəçi olmuşdu: tənəkəçi, yoxsa gələcək prezidentin dostu? Daha sonra -Ermənistanın bütün əvvəlki prezidentlərinin tənəkəçi dostları olmuşdurmu və Ermənistandakı bütün tənəkəçilərin, o cümlədən ölkəmizin hüdudlarından kənarda, prezidentlər arasında dostları varmı? Kolya Sərdaryanın bir frazası necə də təntənəli səslənir: səliqə ilə elçi getdik!

Bu cümlələr isə tamaşaçını ələ salmaqdır: “Bütün dünya bilir ki, ermənilərin çox yaxşı geyim zövqü var. İstənilən ölkənin paytaxtında ermənini ayaqqabılarının parıltısına və gözəl kostyumuna görə tanımaq olar”. Belə çıxır ki, əgər bizlərdən kiminsə əynində qəşəng kostyum, ayağında par-par parıldayan tufli yoxdursa, onlar erməni deyil?! Ermənistan prezidentinin uşaq vaxtı maymaq pioner olduğu dövrü nümayiş etdirmək nəyə lazım idi? Onu uzunsaçlı stilyaqa obrazında göstərmək nəyə lazım idi? Nelli Voskanyan bu filmdə nə üçün bildirir ki, əgər Serj Azatoviç Yurmalaya getməsəydi, o (Voskanyan) elə həmişə nimdaş başmaq geyinməli olacaqdı?!

Nəhayət, əsas məsələ: kim deyir ki, bütün bu hekayətlər prezidentin ailəsi haqqında, bütövlükdə Ermənistan haqqında müsbət fikir formalaşdırır?! Sizə yalan satıblar, Serj Azatoviç və Rita Aleksandrovna. Hərçənd, indi artıq nə isə etmək gecdir. Hər şey hamıya aydın oldu”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb