Roza Rımbayeva: Azərbaycan xalq musiqisini çox sevirəm
Bakı, 4 dekabr, AZƏRTAC
Bugünkü səfərim mənə Bakıya ötən səfərimi xatırlatdı. O vaxtdan bəri şəhər tanınmaz dərəcədə dəyişib və ultra-müasir olub. Burada olduğuma görə çox məmnunam. Mən Azərbaycan xalq musiqisini çox sevirəm, ölkənizin xalq ifaçılarına böyük hörmətim var.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Qazaxıstanın Xalq artisti Roza Rımbayeva bildirib.
Xalq artistinin sözlərinə görə, o, sovet dövründə Bakıya dəfələrlə səfər edib.
“Mənim Azərbaycanda çoxlu dostlarım var idi, onlardan Müslüm Maqomayevi, mahnılarını ifa etdiyim Polad Bülbüloğlunun adını çəkə bilərəm. Sonuncu dəfə mən onun Heydər Əliyev Sarayında keçirilən yubiley-konsertinə gəlmişəm”, - deyə Roza Rımbayeva qeyd edib.
O əlavə edib ki, bir müddət əvvəl Qazaxıstanda "Bahar" Azərbaycan ansamblının konserti tam anşlaqla keçib və tamaşaçılar ansamblın ifasını hərarətlə qarşılayıblar, artistləri gurultulu alqışlarla mükafatlandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]