RSXM Bakıda zəlzələnin olacağı barədə yayılan məlumatların əsassız olduğunu bildirir
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) son iki gündə paytaxt sakinləri arasında Bakıda zəlzələnin olacağı barədə yayılan məlumatların əsassız olduğunu bəyan etmişdir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan ərazisində seysmoloji vəziyyətlə bağlı müşahidələr RSXM-də aparılır və müntəzəm olaraq baş verən zəlzələlər barədə məlumatlar ictimaiyyətə çatdırılır. Hazırda Mərkəzin 35 telemetrik seysmik stansiyası tərəfindən ölkə ərazisindəki seysmik vəziyyətlə bağlı müşahidələr davam etdirilir. Təəssüf ki, bəzi insanlar fevralın 10-da Hacıqabul rayonu ərazisində baş verən zəlzələnin paytaxtda hiss olunmasından sonra heç bir elmi əsasa söykənməyən məlumatlar yaymaqla insanlar arasında yersiz qorxu və təşviş yaratmağa çalışırlar.
Məlumatda bildirilir ki, nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində zəlzələnin dəqiq proqnozu yoxdur və hələ ki seysmologiya elmi proqnoz məsələsinin həllinə nail ola bilməmişdir. Azərbaycan ərazisi seysmik baxımdan aktiv zonada yerləşir və burada vaxtaşırı zəlzələlər olur. Dünyanın heç bir yerində zəlzələnin proqnozu olmadığı kimi, heç kim baş verəcək hər hansı təkanın gücü barədə də əvvəlcədən heç nə deyə bilməz. Bu cür fikirlərin səsləndirilməsi isə qeyri-ciddi xarakter daşıyır və elmi əsası yoxdur.
Məlumatda o da bildirilir ki, mətbuat orqanları zəlzələ haqqında məlumatları yayarkən RSXM-nin www.seismology.az rəsmi internet saytına istinad etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]