Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN ÇIXIŞI

- Hörmətli cənab Prezident,

Hörmətli xanımlar və cənablar!

Mən istərdim, GUAM təşkilatının zirvə görüşündə iştirak etdiyimə imkan yaratdığınıza görə Sizə təşəkkür edim. Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də digər həmkarlarım Rumıniyaya dost ölkə kimi yanaşırlar. GUAM Rumıniya ilə əlbir fəaliyyət göstərməkdən, əlbəttə, bəhrələnə bilər, yəni biz müştərək bəhrə əldə edə bilərik. Artıq 10 ildir GUAM fəaliyyət göstərir və belə qərar qəbul olunmuşdur ki, səylər birləşdirilsin, təhlükəsizliklə, sülhlə bağlı problemlər birgə həll edilsin. Eyni zamanda, biz öhdəlik götürmüşük ki, qəbul edilmiş qərarlar nəticəsində yeni əməkdaşlıq üçün təzə sahələr açılacaqdır. Rumıniya ayrı-ayrı ölkələrlə və təşkilatlarla həm siyasi, həm də iqtisadi əlaqələr yaratmaqda maraqlı olduğunu bir daha bildirir.

GUAM-a üzv ölkələrin xüsusi əhəmiyyəti vardır. Onlar ya karbohidrogen hasilatçılarıdır, yaxud da enerji daşıyıcılarını ərazisindən nəql edən ölkələrdir. Enerji mənbələri, hasilat və nəqliyyat potensialı yüksək olduğuna görə, bu ölkələr çox böyük əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi ilə bağlı siyasətin həyata keçirilməsi bizim üçün çox maraqlıdır. Biz Ukraynanın və Moldovanın enerji müqaviləsində müşahidəçi simasında iştirakını yüksək qiymətləndiririk. Bu, keçən il imzalanmış bir sənəddir. Sazişin şərtlərini həyata keçirən zaman biz sadiq şəkildə enerji bazarının fəaliyyət göstərməsinin təmin olunmasını nəzərdə tuturuq. İnanırıq ki, heç bir ayrı-seçkiliyə məruz qalmayacağıq. Bir format yaradılacaq ki, bunun da nəticəsində enerji daşıyıcıları təhlükəsiz şəkildə nəql olunacaq və bu sahəyə investisiya qoyulacaqdır.

Enerji infrastrukturunun inkişaf etdirilməsinin region üçün çox böyük əhəmiyyəti vardır. Çünki Xəzər regionu ölkələri ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı ilə əlaqələrin də inkişafına çox təsir edir. Bunun nəticəsində enerji daşıyıcılarının Avropa bazarlarına çatdırılmasına marağı artırır. Avropa İttifaqı bu işin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir ki, bu da enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəldilmiş layihələrdən biridir. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, enerjidən istifadəni səmərəli şəkildə həyata keçirmək, artan enerji tələbatının ödənilməsi və ətraf mühitə dəyən təsirin azaldılması ölkələrimizin gündəliyində duran ən əhəmiyyətli məsələlərdir.

Hörmətli xanımlar və cənablar!

Qonşu ölkə kimi Rumıniya, əlbəttə, Qafqazda və Qara dəniz hövzəsində mövcud olan dondurulmuş münaqişələrin həllində çox maraqlıdır. Çünki demokratiyanın gücləndirilməsi üçün və GUAM-ın üzvü olan ölkələrin inkişafını təmin etmək üçün bu, yeganə yoldur.

Eyni zamanda, Avropa İttifaqı və NATO ilə əlaqələrin genişləndirilməsi üçün bunun çox böyük əhəmiyyəti vardır. Rumıniya inanır ki, ölkədə sabitliyin, demokratiyanın bərqərar olması dövlətlərin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmət edilməsi şəraitində həyata keçirilməlidir. Bunun üçün münaqişələrin həlli ilə bağlı ayrı-ayrı ölkələrlə fərdi şəkildə danışıqların aparılması zəruridir. Rumıniya beynəlxalq təşkilatlarla birgə, eyni zamanda, fərdi şəkildə dəstək göstərməyə hazırdır ki, bu münaqişələrin həlli mümkün olsun. Biz gələcəkdə ATƏT-in, Avropa İttifaqının, BMT-nin Moldova və Gürcüstanda sülhməramlı qüvvələrinin yerləşdirilməsini dəstəkləyirik.

Rumıniya dondurulmuş münaqişələrə dair BMT-də müzakirələrin keçirilməsi ilə bağlı GUAM ölkələrinin irəli sürdüyü təklifi dəstəkləmişdir. Biz inanırıq ki, inkişaf etmiş iqtisadiyyatla həmin münaqişələrin həllinə daha asan şəkildə nail olmaq mümkündür.

Eyni zamanda, biz bəzi digər təşəbbüsləri də diqqətlə müşahidə edirik. Bunlar beynəlxalq sazişlərin həyata keçirilməsi, məsələn, Avropada adi silahlı qüvvələrin həcminin məhdudlaşdırılması ilə əlaqədar təşəbbüslərdir. Rumıniya hesab edir ki, bu qüvvələr məhz müqavilələrin müddəalarına müvafiq olaraq formalaşdırılmalıdır. Rumıniya hesab edir ki, İstanbul sammitində götürülmüş öhdəliyə əməl olunmalıdır. Yəni Rusiya silahlı qüvvələri Moldovadan çıxarılmalıdır. Gələcəkdə hansı nəzarət sisteminin yaradılmasının zəruri olması, şəffaflığın təmin olunması məsələlərini nəzərdən keçirməliyik. Çünki həmin məsələlər beynəlxalq sabitliyə öz təsirini göstərir və bunları nəzərə alaraq, onlar nəzarət altında saxlanılmalıdır.

Hörmətli xanımlar və cənablar!

Bildirmək istəyirəm ki, biz Avropa İttifaqı çərçivəsində öz tərəfimizdən mütləq birləşdirilmiş səylər və tədbirlər həyata keçirməliyik ki, bu regionun inkişafına töhfəmizi verək. Əlbəttə, kifayət qədər çevik bir zəmin məhz Avropa İttifaqı çərçivəsində təklif olunur. Bu zəmin vacibdir ki, onun əsasında real nəticələr əldə oluna bilsin. Məhz bu real nəticələr bizim birgə həyata keçirəcəyimiz layihələrdən asılıdır. Eyni zamanda, başa düşürük ki, bu layihələr son məqsədimiz deyil, bunlar keçici xarakter və məqsəd daşıyan layihələrdir.

İnanırıq ki, gələcəkdə Xəzər dənizi hövzəsində olan ölkələr Avropa məkanında siyasətin yenidən nəzərdən keçirilməsi işinə böyük töhfə verəcək və lazımi əsas yaradacaqlar. Praktik olaraq bu gün əldə olan mexanizmlər Avropanın qonşuluq siyasəti çərçivəsində bizə təklif edilmişdir.

Hörmətli xanımlar və cənablar!

Əlbəttə, biz GUAM-ı dəstəkləyirik və onun daha da gücləndirilməsini istəyirik. Bu təşkilat çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsini dəstəkləyirik. Eyni zamanda inanırıq ki, texniki sahələr, digər əməkdaşlıq məsələləri bu təşkilat vasitəsilə tənzimlənməlidir. Biz diqqətimizi buna yönəldirik. GUAM çərçivəsində həmin funksiyaları və məsələləri, eləcə də təşkilat qarşısında duran məsələləri özümüz üçün kifayət qədər aydın şəkildə müəyyən etməliyik ki, gələcəkdə onların icrası mümkün olsun.

GUAM ölkələrinin qanunvericiliyinin uyğunlaşdırılmasının, eyni zamanda, onların arasında əlaqələrin bərqərar edilməsinin, bütün digər məsələlərin olduqca böyük əhəmiyyəti vardır.

Mən sözümün sonunda yenə də burada iştirakıma şərait yaradıldığına görə təşəkkür edirəm. Dəstəyimi bir daha ifadə edərək, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın üzvü olan bütün ölkələrə müvəffəqiyyətlər arzu edirəm.

Cənab Prezident, çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb