Rumıniya qəzeti 20 Yanvar faciəsindən yazır
Buxarest, 20 yanvar, AZƏRTAC
Rumıniyanın ingilisdilli “Nine O’clock” qəzetində Buxarest Universitetinin coğrafiya fakültəsinin doktorantı Tamerlan İskəndərovun 20 Yanvar faciəsi ilə bağlı “Qara Yanvar” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə Qanlı Yanvar faciəsinin tarixi barədə məlumat verilir. Günahsız adamların öldürülməsi, azadlıq mübarizəsi və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış mülki əhaliyə qarşı repressiyaların məhz Mixail Qorbaçovun rəhbərlik etdiyi totalitar sovet rejiminin dağılması ərəfəsində baş verdiyi vurğulanır. Digər ölkələrdə, o cümlədən Qazaxıstan, Litva və Tbilisidə SSRİ-nin süqutu ilə bağlı paralellər aparılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest