Rumıniyanın Amosnews agentliyi İmaməddin Nəsimi barədə məqalə yayıb
Buxarest, 30 may, AZƏRTAC
Rumıniyanın nüfuzlu Amosnews xəbər agentliyi AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin “Nəsimi - Azərbaycanın böyük filosofu və şairi” sərlövhəli məqaləsini yayıb.
Məqalədə bildirilir ki, Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycanda tədbirlər keçirilir. Yazıda Nəsiminin həyatı, fəaliyyəti, əsərləri barədə geniş məlumat verilir. Qeyd olunur ki, Nəsiminin mənəvi və fəlsəfi ideyaları bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə səsləyir, ədalətsizliyə qarşı mübarizə aparır. Şairin əsərlərinin Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayıldığı, sadəcə Azərbaycan ədəbiyyatına deyil, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərdiyi və əlyazmalarının dünyanın bir sıra kitabxanalarında saxlanıldığı nəzərə çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:31]
Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb
- 18.06.2026 [12:20]
Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO
- 18.06.2026 [12:05]
XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO
- 18.06.2026 [11:58]
Azərbaycan simfonik musiqisinin banilərindən biri – Cövdət Hacıyev
- 17.06.2026 [23:50]
Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb VİDEO
- 17.06.2026 [22:49]