İDMAN
“Rusiya-2018”in rəsmi topunun təqdimat mərasimi noyabrın 9-da keçiriləcək
Bakı, 26 oktyabr, AZƏRTAC
Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi topunun təqdimat mərasimi noyabrın 9-da keçiriləcək.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu sözləri “Rusiya-2018” Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.
A.Sorokin bildirib ki, topun dizaynını “Adidas” firması hazırlayıb. Cari ildə Rusiyada təşkil olunan Konfederasiyalar kuboku yarışlarında da “Adidas”ın hazırladığı digər topdan - “Krasava”dan istifadə olunub.
Qeyd edək ki, dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Volqoqrad, Rostov-na-Donu, Samara, Kalininqrad, Nijni Novqorod, Saransk və Soçidə keçiriləcək. Turnirin qrup mərhələsinin püşkü dekabrın 1-də Moskvada atılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]
Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb
- 02.07.2024 [12:29]