Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor və alma idxalına icazə verib
Moskva, 3 mart, AZƏRTAC
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) martın 3-dən Azərbaycanın daha 19 müəssisəsindən pomidor və 8 müəssisəsindən alma idxalına icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rosselxoznadzor" məlumat yayıb.
Bildirilir ki, qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sığortası və fitosanitar monitorinqin nəticələri əsasında qəbul edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva