İDMAN
Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti: Milli Gimnastika arenası möhtəşəmdir
Bakı, 28 aprel, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turniri fərdi proqramda Avropa çempionatından qabaq son yarışdır. Qitə çempionatında çoxnövçülük yarışları yoxdur. Yarışların keçirildiyi Milli Gimnastika Arenası möhtəşəmdir. Məşqlər üçün hər bir şərait var. Rusiya komandasının çıxışına gəlincə, nəticələr pis deyil. Yığma komandanın üzvləri Dina və Arina Averina bacıları iki növdə qalib olublar, çoxnövçülükdə qızıl və gümüş medallar qazanıblar. Müəyyən səhvlər oldu. Onların üzərində işləməliyik.
Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunun yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsində Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner deyib.
Avropa çempionatının da Bakıda keçiriləcəyini bildirən İ.Viner dünya kubokunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. "Milli Gimnastika Arenası möhtəşəmdir. Məşqlər üçün hər cür şərait var", - deyə Federasiyanın prezidenti əlavə edib.