Rusiya cari ildə xaricə 70 milyon ton taxıl tədarük etməyi planlaşdırır
Bakı, 21 fevral, AZƏRTAC
Rusiya 2024-cü ildə xaricə 70 milyon tona qədər taxıl tədarük etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev Prezident Vladimir Putinlə görüşdə deyib.
Nazirin sözlərinə görə, ötən il 43,5 milyard dollarlıq kənd təsərrüfatı məhsullarının ümumi ixracının əksəriyyətini buğda, qarğıdalı və arpa təşkil edib. "Bundan başqa, biz buğda ticarətində dünyada birinci yeri tutmağa davam edirik. Rusiya Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan və Çin kimi ölkələrə bu məhsulun əsas tədarükçüsüdür. Hətta dünya qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracından əldə etdiyi gəlirləri artmaqda davam edir”, - deyə D.Patruşev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]