RUSİYA DİRİJABLI DÜNYA REKORDU VURMUŞDUR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, avqustun 17-də Rusiyada dirijabllar üçün hündürlüyə görə dünya rekordu vurulmuşdur. Rusiyanın “Qutb qazı” dirijablı 8 min metrdən çox hündürlüyə qalxmışdır. Dünya rekordunun müəllifi dirijablın pilotu Stanislav Fyodorovdur. Əvvəlki 7 min 300 metr rekord “Seppelin” dirijablında uçan alman təyyərəçilərə məxsusdur.
Dirijablda olan özüyazan cihaz şifrin açılması və rekordun rəsmən qeydiyyata alınması üçün Beynəlxalq Aeronavtika Federasiyasına göndərilmişdir.
Əvvəlcə dirijablı 9 kilometr hündürlüyə qaldırmaq planlaşdırılmış, lakin yanacaq çatmadığına görə, bunu etmək mümkün olmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]