Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi açılacaq
Moskva, 9 fevral, AZƏRTAC
Sankt-Peterburqda yerləşən Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, fevralın 19-dan mayın 5-dək davam edəcək “Taleyin saplarından xalça toxuyarkən... Azərbaycanın dekorativ-tətbiqi sənət nümunələri Rusiya Etnoqrafiya Muzeyində” adlı sərgi Azərbaycan Xalça Muzeyi ilə birgə hazırlanır.
Ekspozisiyaya Rusiya muzeyində saxlanılan xalçalar və tətbiqi-sənət nümunələri daxil ediləcək. Sərginin açılış mərasimində iki muzeyin birgə əməkdaşlığının nəticəsi olaraq buraxılmış “Taleyin saplarından xalça toxuyarkən” adlı kataloqun da təqdimatı keçiriləcək.
Sərginin ziyarətçiləri Azərbaycan sənətkarlarının əl işi olan 40-dan çox nadir xalça və xalça məmulatı, tətbiqi sənət nümunələri ilə tanış olacaqlar.
Ekspozisiyaya daxil edilən xalçaların əksəriyyəti XIX əsrin sonları XX əsrin əvvəllərində toxunub. Ən qədim xalça isə XVIII əsrə aid “Suraxanı” xalçasıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]