RUSİYA FEDERASİYASI DÖVLƏT DUMASININ NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Milli Məclisin sədri Murtuz Ələsgərovun dəvəti ilə Bakıda üç günlük rəsmi səfərdə olmuş Rusiya Federasiyası Dövlət Dumasının sədri Gennadi Seleznyovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-də vətənə yola düşmüşdür.
Binə hava limanında hörmətli qonağı və nümayəndə heyətinin üzvlərini Milli Məclisin sədri Murtuz Ələsgərov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər yola saldılar.
Gennadi Seleznyov jurnalistlərin suallarına cavab verərək bildirdi ki, Azərbaycana səfərinin yekunlarından məmnundur, “səfər zamanı bir çox məsələlər barədə razılıq əldə edilmişdir və bu, parlamentlərarası münasibətlərin inkişafı üçün yaxşı başlanğıcdır”. O, dedi ki, ölkələrimizin qanunvericilik orqanları bütün dövlətlərarası sənədləri ratifikasiya etmişlər. Azərbaycanda qüvvədə olan neft qanunvericiliyi Rusiya nümayəndə heyətinin üzvlərini çox maraqlandırmışdır və bu sahədəki təcrübə Rusiya tərəfi üçün faydalı ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]