Rusiya Federasiyasının Tatarıstan Respublikasında Heydər Əliyevin 100 illik yubiley tədbirləri keçiriləcək
Bakı, 30 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı Vüqar İskəndərov tədbirlərdə iştirak edəcək.
Tatarıstanda dekabrın 1-də və 2-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sambo üzrə çempionat, sərgi və mədəni tədbirlər keçiriləcək.
Səfər çərçivəsində Vüqar İskəndərovun Tatarıstan Xalqları Assambleyasının üzvləri və gənc azərbaycanlı fəallarla görüşləri də nəzərdə tutulub.
Səfər dekabrın 2-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.06.2026 [15:23]
“Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsi başa çatıb
- 13.06.2026 [08:30]
Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu
- 12.06.2026 [13:07]
Müstəqilliyimizin memarı!!!
- 12.06.2026 [12:03]