RUSİYA İRANIN “NÜVƏ DOSYESİ”NİN BMT TŞ-YƏ VERİLMƏSİNİN ƏLEYHİNƏDİR
Sergey İvanov demişdir ki, “İranın nüvə məsələsinin BMT TŞ-yə verilməməsi Rusiya üçün vacibdir. Çünki biz bu cəncəl məsələnin dincliklə həlli üçün bütün mümkün imkanlardan istifadə etmək istəyirik”. O, ümidvar olduğunu söyləmişdir ki, uranın RF ərazisində saflaşdırılması üçün müştərək Rusiya-İran müəssisəsi yaradılmasına dair Moskvanın irəli sürdüyü təklif barədə Tehranla “məntiqəuyğun kompromis” əldə ediləcəkdir.
Rusiya naziri İrana qarşı beynəlxalq iqtisadi sanksiyalar tətbiq etmək ideyasını dəstəkləməmişdir. Nazir İranı beynəlxalq terrorizmi dəstəkləməkdə təqsirləndirən amerikalı həmkarı Donald Ramsfeldin fikrini də qəbul etməmişdir. O vurğulamışdır ki, “Birləşmiş Ştatlara qarşı 2001-ci ilin 11 sentyabr terror aktlarını İran vətəndaşları törətməmişdilər”.