Rusiya Səhiyyə Nazirliyi koronavirusun müalicəsi ilə bağlı yeni tövsiyələr irəli sürüb
Moskva, 9 aprel, AZƏRTAC
Rusiya Səhiyyə Nazirliyi yeni növ koronavirusun profilaktikası, diaqnostikası və müalicəsi üçün yeni tövsiyələr irəli sürüb.
AZƏRTAC xəbər verir ki, tövsiyələrdə koronavirusun müalicəsi üçün əvvəl təklif olunan dərmanlara əlavələr edilib. İndi Rusiya səhiyyəsinə koronavirusun yaratdığı xəstəliyi “Hidroksixloroxin”, “Xloroxin”, “Mefloxin” , “Azitromusin”, “Nadroparin kalsi”, “Totsilizumab”, “Lopinavir plyus ritonavir”, rekombinant interferon alfa və rekombinat inerferon beta-1b preparatları ilə müalicə etmək tövsiyə olunur.
Nazirlikdən “Umiferon”, “Remdesevir”, “Favipiravir” preparatlarının hazırda kliniki sınaqdan keçirildiyi qeyd olunub. Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin göstərilən dərmanlarla terapiyasının müsbət nəticələri barədə dəqiq məlumat olmadığından, onların yalnız həkim komissiyasının qərarı ilə tətbiqini tövsiyə edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]