Rusiya sülhməramlılarına aid növbəti avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib
Şuşa, 2 aprel, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 112-ci günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 1 minik, 14 təminat-təchizat avtomobilinin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. İndiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarının 45, BQXK-nin isə 9 avtomobili keçib.