RUSİYA-TÜRKİYƏ İŞGÜZAR ŞURASININ QƏRARLARI QARŞILIQLI MÜNASİBƏTLƏRİN İNKİŞAFINA BÖYÜK TÖHFƏ VERƏCƏKDİR
Şuranın Rusiya hissəsinin sədri İqor Linşits bildirmişdir ki, Rusiya ilə Türkiyənin idxalında əmtəə dövriyyəsi son illər 25-30 faiz artmışdır. 2000-ci ildə bu göstərici 4 milyard dollar olduğu halda, 2004-cü ildə 11 milyard dollara çatmışdır.
İ.Linşitsin sözlərinə görə, Rusiya Türkiyə ixracında Almaniyadan sonra ikinci yeri tutur. Rusiya regionlarında 200-dən çox Türkiyə firması fəaliyyət göstərir.
İşgüzar Şuranın həmsədri Turqut Gür demişdir ki, Rusiya ilə Türkiyə arasında işgüzar münasibətlər sürətlə inkişaf edir. 1997-ci ildən fəaliyyət göstərən Şura Rusiyadan Türkiyəyə təbii qaz göndərilməsi haqqında saziş çərçivəsində iş aparır.