Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi hava hücumu edib
Kiyev, 11 aprel, AZƏRTAC
Rusiya silahlı qüvvələri Ukraynanın dörd regionundakı mühüm enerji infrastrukturu obyektlərinə aviazərbələr ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna energetika naziri Qerman Qaluşenko Facebook səhifəsində yazıb.
"Düşmən yenidən enerji infrastrukturumuza hücum edir!" Onların Ukraynanın generasiya qurğularına və məlumat ötürmə sistemlərinə hücum edib”,- deyə nazir əlavə edib.
Onun sözlərinə görə, Xarkov, Zaporojye, Lvov, Kiyev vilayətləri enerji infrastrukturuna ziyan dəyib. Artıq energetiklər nəticələrin aradan qaldırılması üzərində işləyirlər.
Xatırladaq ki, aprelin 10-da axşam saatlarından başlayaraq Rusiya silahlı qüvvələri növbəti dəfə “Şahed” tipli pilotsuz təyyarələrlə Ukraynaya genişmiqyaslı hücuma keçiblər. Dronlar cənub, mərkəzi və qərb bölgələrinə hücum edib. Bundan əlavə, aprelin 11-də səhər saatlarında Ukraynaya raket zərbələri endirilib.
Xarkov şəhəri və vilayətində ən azı doqquz partlayış baş verib, elektrik enerjisində fasilələr qeydə alınıb.
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]