Rusiya və Azərbaycan seysmoloqları arasında əməkdaşlığa dair müzakirələr aparılıb
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Rusiya Elmlər Akademiyası İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin neft-qazın kəşfiyyatı və nəzəri əsasları kafedrasının müdiri, professor Vaqif Kərimovla görüş olub.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, RSXM-in Monitorinq mərkəzində keçirilən görüşdə AMEA-nın müxbir üzvü, mərkəzin baş direktoru Qurban Yetirmişli professora görülən işlər barəsində ətraflı məlumat verib. Daha sonra mərkəzin fəaliyyətinə dair təqdimat keçirilib.
Görüşdə tərəflər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə seysmotomoqrafiya işlərinin aparılması və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]