Rusiya və Türkiyə dünyada sabitliyin möhkəmlənməsi istiqamətində səylərini əlaqələndirəcək
Moskva, 22 yanvar, AZƏRTAC
Rusiya və Türkiyə dünyada təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi istiqamətində səylərini əlaqələndirəcək.
AZƏRTAC Rusiya XİN-ə istinadla xəbər verir ki, xarici işlər nazirinin müavini Andrey Rudenko Türkiyənin bu ölkədəki səfiri Tanju Bilgiç ilə görüşüb.
Tərəflər ikitərəfli münasibətlər və regionda vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə dünyada təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi istiqamətində iki ölkə səylərinin əlaqələndirilməsi barədə razılıq əldə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]