RUSİYADA HƏR ÜÇ MƏKTƏBDƏN BİRİNİN ƏSASLI TƏMİRƏ EHTİYACI VAR
Rusiyada əsaslı təmir edilməli olan, kanalizasiya, mərkəzləşdirilmiş su təchizatı və qızdırıcı sistemləri olmayan məktəblərin sayı kifayət qədər çoxdur. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ölkənin 20 subyektində 14 min 308 məktəbdə aparılan yoxlamaların yekunlarına dair İstehlakçıların hüquqlarının müdafiəsi və insanın firavanlığı sahəsində nəzarət üzrə federal xidmətdə keçirilən müşavirənin iştirakçıları belə qənaətə gəlmişlər.
Bundan başqa, Rusiya regionlarının əksəriyyətində maddi-texniki vəziyyətin qənaətbəxş olmaması da məktəblər üçün ciddi problemə çevrilmişdir. Bu məktəblərin böyük əksəriyyəti kənd yerlərindədir.
Müşavirədə bildirilmişdir ki, regionlarda ümumtəhsil məktəblərinin sayı da azalmışdır. Belə ki, onlar müxtəlif səbəblərə görə bağlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]