Rusiyada miqrantlara nəzarət gücləndirilir
Moskva, 29 iyun, AZƏRTAC
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşlara nəzarəti gücləndirməyə yönəlmiş bir sıra qanunvericilik düzəlişlərinin qüvvəyə mindiyini elan edib.
AZƏRTAC xəbər verir ki, 10 iyun tarixindən etibarən məcburi tibbi müayinələrdən yayınan xarici vətəndaşlar üçün inzibati cəzalar tətbiq edilib.
Bundan əlavə, 21 iyun tarixindən etibarən başqaları üçün təhlükə yaradan xəstəliklərin olmadığını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırılması və dövriyyəsinə görə cinayət məsuliyyətinin artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib.
V. Volodin, həmçinin xarici vətəndaşlar üçün dövlət rüsumlarının əhəmiyyətli dərəcədə artırıldığını açıqlayıb. Xüsusilə, Rusiya vətəndaşlığının alınması üçün rüsum on iki dəfə, 4200-dən 50 min rubla qədər artacaq. Müvəqqəti yaşayış icazəsinin alınmasının dəyəri səkkiz dəfə - 1920 rubldan 15 min rubla qədər, daimi yaşayış hüququ verilməsinin dəyəri isə beş dəfə - 6 min rubldan 30 min rubla qədər artacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]