Rusiyada miqrantlarla bağlı məlumatların toplandığı vahid platforma yaradılacaq
Moskva, 29 mart, AZƏRTAC
Rusiyada əcnəbi vətəndaşlarla bağlı məlumatların toplandığı vahid platforma yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Yeni platforma miqrantlara elektron dövlət və informasiya xidmətlərindən istifadə etmək imkanı verəcək.
Platformada hər əcnəbi vətəndaşın şəxsi rəqəmsal profili yaradılacaq. Burada Rusiyaya gəlmiş xarici vətəndaşın hüquqi statusu, biometrik məlumatları, yaşayış və iş yeri barədə informasiya yerləşdiriləcək.
Bundan əlavə, əcnəbilər rəqəmsal profil vasitəsilə əmək müqavilələri bağlaya, vergi ödəyə biləcək. Habelə xarici vətəndaşa Rusiyada qalma müddətinin başa çatması barədə xəbərdarlıq da göndəriləcək.
Ümumilikdə, bu il Rusiyada miqrasiya sisteminin tamamilə rəqəmsallaşdırılması nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]