Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyada Xəzərin çirklənməsinin yeni mənbələrini aşkar ediblər

Rusiyada Xəzərin çirklənməsinin yeni mənbələrini aşkar ediblər
Rusiya alimləri AMEA-dan olan həmkarları ilə Xəzər dənizinə axan iki çayın
hövzəsindən nümunələr götürüblər

Bakı, 2 noyabr, AZƏRTAC

Rusiya alimləri müəyyən ediblər ki, mürəkkəb atmosfer sirkulyasiyası prosesləri nəticəsində uzaq sənaye mərkəzlərindən havaya atılan çirkləndirici maddələr Xəzər dənizinə daxil ola bilər.

AZƏRTAC xəbər verir ki, bu araşdırmanı TASS agentliyinə “Rusiya Elmlər Akademiyasının (REA) A.O.Kovalevski adına Cənub Dənizlərinin Biologiya İnstitutunun (InBYUM) Federal Araşdırmalar Mərkəzinin elmi işçisi Vladimir Tabunşik bildirib. O deyib: “Biz Xəzər dənizinə axan çay hövzələrini öyrənmək üçün məsafədən monitorinq alətlərindən istifadə edirik. İşlər avqustda başlayıb, lakin artıq ilkin məlumatlar var. Məsələn, iki xarici çayın hövzəsi ərazisində havanın nəzərəçarpacaq dərəcədə daha çox çirkləndiyini aşkar etmək mümkün olub. Üstəlik, çirklənmə mənbəyi bu ərazidə deyil, Xəzərin sahilindən uzaqda - sənaye mərkəzlərində yerləşir ki, onlar da əvvəlcədən müəyyən edilib”.

Tabunşik izah edib ki, sənaye tullantıları ilə çirklənmiş hava kütlələrinin uzaq məsafələrə hərəkəti atmosferdə sirkulyasiya prosesləri ilə izah olunur. İndi tədqiqatın müəllifləri emissiya mənbələri və onların paylanması haqqında məlumatları dəqiqləşdirir.

Agentliyin həmsöhbəti bildirib ki, çirklənməni meteoroloji peyklərdən biri sayəsində aşkar etmək mümkün olub. “Peykin avadanlığı havanın vəziyyətini qeyd edir və bir neçə çirkləndiricini ayırd etməyə imkan verir. Əlbəttə ki, onların hamısını deyil. Bizim vəziyyətimizdə azot dioksidi, kükürd dioksidi, formaldehid, metan, ozon və dəm qazını aşkar edə bildik. Hələlik dəqiq nəticələri deyə bilmərəm, məlumatlar təhlil edilir, lakin bu mərhələdə belə aydın olur ki, çirklənmə səviyyəsi, məsələn, Rusiya çay hövzələrində olduğundan nəzərəçarpacaq dərəcədə yüksəkdir”, - deyə tədqiqatçı qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə ekspedisiya planlaşdırılır ki, bu da Xəzər dənizinə axan çayların sularında nə qədər böyük həcmdə zərərli maddələrin çökdüyünü və onların, məsələn, dib çöküntülərində toplanıb-toplanmadığını yerindəcə müəyyənləşdirməyə imkan verəcək.

Tabunşik daha sonra bildirib ki, InBYUM əməkdaşları akademik M.D.Milionşikov adına Qroznı Dövlət Neft Texniki Universiteti və Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Federal Tədqiqat Mərkəzinin (Mahaçqala) Geologiya İnstitutundan olan həmkarları ilə birlikdə “Dinamikalar” federal layihəsini həyata keçirirlər. Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə iqlim dəyişikliyi və artan antropogen təzyiq şəraitində Şimal-Şərqi Qafqazın, Azərbaycanın və İranın dağ çayları hövzələrinin geoloji-ekoloji vəziyyəti öyrənilir.

Alim qeyd edib: “Başqa bir tədqiqat sahəsi Xəzərə tökülən çayların drenaj hövzələrini müəyyən etmək və vurğulamaq üçün rəqəmsal relyef modellərindən istifadənin mümkün olub-olmadığını yoxlamaqdır. Uzaqdan izləmə üsullarının qeyri-kamil olduğunu və məlumatların dəqiqliyinin həmişə tələb olunan səviyyədə olmadığını başa düşmək vacibdir. Bundan əlavə, tədqiq olunan regionda çətinliklər həm də Xəzərin Avrasiyanın daxili su hövzəsi olması və dünya okeanının səviyyəsindən aşağıda yerləşməsi ilə bağlıdır. Lakin bütün bunlara baxmayaraq, biz bir tərəfdən rəqəmsal modellərdən istifadənin mümkünlüyünü sübuta yetirə bildik, digər tərəfdən hətta onların sayəsində çaylar haqqında yeni məlumatlar əldə etdik və drenaj hövzələrinin sərhədlərini dəqiqləşdirdik”.

İnstitutun mətbuat xidmətinin məlumatına görə, avqust və sentyabr aylarında Dağıstan, Çeçenistan və İnquşetiya ərazilərində birgə ekspedisiyalar həyata keçirilib. Oktyabrda isə rusiyalı alimlər Azərbaycan Milli Elmlər Akademiyasından olan həmkarları ilə birlikdə bu ölkənin ərazisindən Xəzər dənizinə axan iki çayın hövzəsindən nümunələr toplayıblar. Torpaq və quru bitkiləri, su, dib çöküntüləri və asılı maddələrdən nümunələr alınıb. Daha sonra onlar Cənub Dənizləri Biologiya İnstitutunun laboratoriyalarında analiz ediləcək.

“Məqsədimiz fiziki-coğrafi, sosial-iqtisadi, siyasi və digər əsas amillərin təbii obyektlərə təsirini hərtərəfli nəzərdən keçirmək, o cümlədən resursların dayanıqlı idarə edilməsini təmin etmək üçün praktiki tövsiyələri daha da inkişaf etdirməkdir”, - deyə mətbuat xidməti Azərbaycanda fəaliyyət göstərən InBYUM ekspedisiya qrupunun rəhbəri Aleksandra Nikoforovaya istinadla bildirib.

Rusiya hökuməti son vaxtlar Xəzər dənizinə və bununla bağlı proseslərə diqqəti artırıb. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşması ilə bağlı elmi təhlillərin aparılmasına göstəriş verib. Bu və bununla bağlı məsələlər üzərində işləyən alimlər artıq qeyd ediblər ki, bu proses həqiqətən baş verir və təkcə suyun səviyyəsinə deyil, həm də ekosistemin bir çox aspektlərinə təsir göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO