Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyalı hərbi ekspert: Paşinyan uçurum üzərindədir

Rusiyalı hərbi ekspert: Paşinyan uçurum üzərindədir

Moskva, 29 oktyabr, AZƏRTAC

Çoxsaylı məlumatlar göstərir ki, bir aydır davam edən döyüşlər müddətində qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “ordu”sunun hərbi potensialı məhv olmasa da, xeyli tükənib. Azərbaycan Ordusu isə öz döyüş potensialını saxlayır, hücumu davam etdirir və tədricən Qarabağın içərilərinə doğru irəliləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə hərbi ekspert Vladislav Şurıqin yazır.

“Svobodnaya pressa” nəşrində “Paşinyan uçurum üzərindədir” sərlövhəli analitik məqalədə qeyd edilir ki, “DQR” “ordusu”nun itkiləri çox böyükdür. “DQR” “Müdafiə Nazirliyi” dəqiq məlumatları elan etmir. Lakin bizim hərbi mənbələrdən aldığımız məlumata görə, bir aydır davam edən döyüşlərdə “DQR” “ordusu”ndan ölənlərin və yaralananların sayı 6 mindən çoxdur. Bu, həmin “ordu”nun müharibədən əvvəlki şəxsi heyətinin sayının 30 faizindən artıqdır. Azı 110 tank, yəni onların ümumi sayının təqribən 40 faizi, azı 12 yaylım atəşli raket sistemi - 30 faiz, 100-ə yaxın top və minaatan - 25 faizdən çox, azı 6 ədəd “Osa” zenit-raket kompleksi - 60 faiz itirilib, döyüş sursatı, yanacaq-sürtkü materialları və silah saxlanılan 100-dən çox anbar məhv edilib.

Müəllif yazır ki, “DQR” “ordu”su Ermənistandan daxil olan texnika, “DQR”in və Ermənistanın rezervistləri, digər ölkələrdəki erməni diasporlarından və Ermənistan ordusunun nizami bölmələrindən ibarət canlı qüvvə hesabına genişlənməsinə baxmayaraq, bütün bunlar böyük itkilərin əvəzini çıxmağa kömək edə bilməyib, müharibəni davam etdirmək üçün maddi ehtiyatların tükənməsini göstərən əlamətlər çoxdur, erməni qoşunlarının döyüş qabiliyyəti azalıb, şəxsi heyət arasında mənəvi pozğunluq yaranıb.

Məqalədə deyilir: “Azərbaycan Ordusunun qənimətlərinin get-gedə artması və onun Qarabağın içərilərinə doğru irəliləməsi buna sübutdur. Erməni əsgərlərin qohumları tez-tez çoxsaylı nəşrlərə müraciət edərək şikayətlənirlər ki, qoşunlarda döyüş sursatı, yanacaq və sürtkü materialları, dava-dərman və ehtiyat hissələrinin kəskin çatışmazlığı hiss edilir. Artilleriya mərmiləri və hava hücumundan müdafiə vasitələri qıtlığı daha kəskin hiss olunur. Bütün bunlar döyüşən əsgərlərə sarsıdıcı təsir göstərir, onlarda narazılıq doğurur və nəticə etibarilə Azərbaycan Ordusunun hücuma keçən hissələrinin təzyiqi altında Ermənistan qoşunları getdikcə daha çox hallarda ciddi müqavimət göstərmədən geri çəkilir, rayonları bir-birinin ardınca tərk edirlər. Əvvəl “DQR” tərəfindən zəbt edilmiş Azərbaycan rayonlarının yarısından çox hissəsi bu gün artıq Azərbaycan Ordusunun nəzarəti altındadır. Ermənistan Müdafiə Nazirliyi növbəti rayon mərkəzinin - Qubadlı şəhərinin itirilməsini etiraf etməli olub. Bu, o deməkdir ki, Azərbaycan Ordusu Stepanakerti (Xankəndi - red.) Ermənistanın Gorus şəhəri ilə birləşdirən strateji yola - belə adlandırılan “Laçın dəhlizi”nə xeyli yaxınlaşıb. Əgər Azərbaycan Ordusu bu yolu bağlamağa nail olarsa, “DQR” fəlakətli vəziyyətə düşəcək”.

Müəllif yazır ki, Azərbaycan qoşunları qələbə əhvalındadır. Bir aylıq döyüş müddətində Azərbaycanın hərbi komandanlığı qoşunları getdikcə daha inamla və bacarıqla idarə edir. Qoşunlar özləri isə döyüş təcrübəsi qazanıb. Düşmən üzərində üstünlüyünə və ona qalib gələ biləcəyinə inanıb. Əsas diqqət havada və yerdə atəş üstünlüyünə yönəldilir. Erməni qoşunlarının mövqelərinin hücum edən qrupları artilleriya atəşinə tutulur, pilotsuz zərbə uçuş aparatları isə artilleriya silahları üçün əlçatmaz olan obyektləri və hədəfləri yüksək dəqiqliklə məhv edir, düşmən üçün əlavə qüvvələr, döyüş sursatı və yanacaq-sürtkü materialları gətirilməsinə mane olur. Düşmənin müqaviməti tamamilə qırıldıqdan sonra piyadalar irəli gedir, erməni qoşunlarının faktiki olaraq tərk edib getdikləri dayaq məntəqələrinin qalıqlarını təmizləyirlər.

Aşkardır ki, “DQR” “komandanlığı”nın sərəncamında olan qüvvələrlə Azərbaycan Ordusuna ciddi zərər vurmaq mümkün deyil. Erməni hərbi hissələrinin Dağlıq Qarabağ dağlarını yenilməz qalalara çevirə biləcək yeni müdafiə zolağı tikməyə artıq vaxt yoxdur. Hətta onlar gediş-gəlişin çətin olduğu dağlıq ərazidə azərbaycanlıları dayandırmağa nail olsalar belə, “Laçın dəhlizi” bloklanacağı halda Ermənistandan ayrı düşən Dağlıq Qarabağ qarşıdan gələn qışda fəlakətli vəziyyətə düşəcək. Bu halda Azərbaycan Ordusu əsas üstünlüyünü - havada üstünlüyü əldə saxlayacaq, bu da həm hərbi hədəfləri, həm də sosial və iqtisadi infrastruktur obyektlərini məhv etməklə mühasirəyə alınmış yerləri maneəsiz surətdə “ölü zona”ya çevirməyə imkan verəcək.

Daha iki variant qalır. Birinci variantda Paşinyan öz acizliyini etiraf etməli, istefa verməli və bu problemlərin həllini ondan sonra baş nazir kabinetini dirçəldə biləcək şəxslərə həvalə etməlidir. İkinci variant - müharibəni dayandırmaq və Bakının irəli sürdüyü şərtlər sülh danışıqlarına başlamaqdır. Lakin bu variant faktiki təslim olmaqdan az fərqlənir. Paşinyan ümid edirdi ki, Azərbaycana və Türkiyəyə təsir göstərmək mexanizminə malik olan nüfuzlu kənar oyunçuları münaqişəyə müdaxilə edə bilərlər. Vasitəçi kimi Fransanı çağırmaq cəhdi tezliklə, heç məsləhətləşmələr həddinə çatmadan puç oldu. Türkiyə və Bakı Fransanı vasitəçi kimi qətiyyətlə rədd etdilər.

Bu şəraitdə Paşinyan dünyanın ən güclü dövləti olan ABŞ-ın Prezidenti Donald Trampın şəxsində yeni vasitəçi tapmağa cəhd göstərdi. Bu məqsədlə xarici işlər naziri Zöhrab Mnatsakanyanı Trampın yanına göndərdi. Mnatsakanyanı ABŞ-ın Dövlət Katibi Mayk Pompeo qəbul etdi. Sonra Pompeo Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramova zəng vurdu və onunla söhbətdən sonra bəyan etdi ki, ABŞ-ın vasitəçiliyi ilə uzunmüddətli və səmərəli atəşkəs barədə razılıq əldə edilib. Bununla Tramp ona minnətdar olan Amerika ermənilərinin bir neçə min səsini qazandı. Lakin bu atəşkəs cəmi bir neçə saat çəkdi. Müharibə davam etdi. Məlum oldu ki, ABŞ da kömək edə bilməyib.

Müəllif sonda yazır: “Artıq Əliyevə və Ərdoğana təsir göstərə biləcək heç bir kənar oyunçu qalmayıb. Müharibə isə davam edir və o, dramatik sonluğa yaxınlaşır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub