İQTİSADİYYAT
Rusiyalı kosmonavt: Yer kürəsini kosmosdan görmək bizim üçün böyük xoşbəxtlikdir
Bakı, 5 oktyabr, AZƏRTAC
Biz imtiyazlı insanlarıq ki, kosmosa uçmaq şansından istifadə etdik. Yer kürəsini dolaşmaq, həm Şimal, həm də Cənub yarımkürəsini görmək bizim üçün böyük xoşbəxtlikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilən mətbuat konfransında rusiyalı kosmonavt Sergey Krikalyov deyib.
“Bizim, eyni zamanda, gələcək nəsillər qarşısında məsuliyyətimiz var. Onlar özləri üçün hansı peşəni seçmək barədə düşünürlər. Ona görə də çalışırıq ki, bu işə öz töhfəmizi verək. Tələbələrlə, gənclərlə görüşlər keçiririk. Onları ruhlandırmağa çalışırıq. Bu, bizim üçün bir imkandır”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [18:45]
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub
- 01.07.2024 [18:14]
AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb
- 01.07.2024 [17:52]