RUSİYANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi öz ölkəsinin milli bayramı - Rusiya günü münasibətilə iyunun 11-də rəsmi qəbul təşkil etmişdir.
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndi.
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov qonaqları Azərbaycan dilində salamladıqdan sonra dedi ki, Rusiya öz dövlət bayramını yeni uğurlarla qeyd edir. Rusiya Federasiyası xarici siyasətində Azərbaycan Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Uğurla inkişaf edən bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. İyulun 3-4-də RF Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri gözlənilir. Bu, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış etdi. Parlamentin sədri Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya xalqını milli bayram münasibətilə təbrik etdi.
O.Əsədov vurğuladı ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm təmələ əsaslanır, xalqlarımız arasında dostluq münasibətləri çoxəsrlik tarixə malikdir və dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri bu dostluğun möhkəmlənməsi üçün çox böyük əhəmiyyətə malikdir.
Qəbulda Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, deputatlar, nazirlər, dini konfessiyaların rəhbərləri, xarici dövlətlərin ölkəmizdəki səfirləri, digər rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]