RUSİYANIN MÜDAFİƏ NAZİRİ TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRƏ GEDƏCƏK
Görüşlərdə əsas diqqət ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın vəziyyətinə və inkişaf perspektivlərinə yönəldiləcəkdir. Tərəflər ərazi sularının hüdudlarından kənarda dənizdə təhlükəli hadisələrin qarşısının alınması haqqında sazişin hazırlanmasının, Rusiyada və Türkiyədə istirahət üçün bir-birinə hərbi qulluqçular göndərilməsi proqramının həyata keçirilməsinin gedişini müzakirə edəcəklər.
Gözlənildiyinə görə, Türkiyəyə Rusiya silahı, hərbi texnikası və döyüş sursatları göndərilməsi, habelə silah və texnikanın birgə istehsalı, Rusiya-İsrail layihəsi olan Ka-50-2 “Ərdoğan” zərbə vertolyotlarının Türkiyədə lisenziya ilə istehsalı və onların üçüncü ölkələrə ixracının mümkünlüyü məsələləri danışıqlarda mühüm yer tutacaqdır.
Ankara danışıqlarında beynəlxalq və regional təhlükəsizlik, beynəlxalq terrorizmlə mübarizə problemlərinə də toxunulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]