Rusiyanın “vashdosug.ru” saytında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc edilib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin təbliğat işləri nəticəsində Rusiyanın “vashdosug.ru” saytında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müəllif Lyudmila Burkinanın “Azərbaycan - qədim tayfalar, halva və neft başlıqlı” yazısı bu fikirlə başlanır: “Bakı gözəl şəhərdir amma burada başqa gəzməli məkanlar da var ki, siz ora mütləq ayrıca səyahət etməlisiniz”.
Məqalənin “Bilgəh - sahil və çilçıraq” yarımbaşlığında ilk olaraq diqqəti çəkən cümlələr bunlardır: Aydın məsələdir ki, Azərbaycan turizm mərkəzlərindən birinə çevrilmək əzmindədir. Ölkənin turizm imkanlarının tanıdılmasına burada təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərin də təsiri var.
Məqalənin “Qobustan qədim tayfaların izi ilə” yarımbaşlığında isə Qobustan Dövlət Tarixi Bədii Qoruğu haqqında dolğun məlumat verilib. Qobustana səyahət zamanı qayaüstü rəsmlər, qayalar və buradan görünən dağların möhtəşəm mənzərəsi məqalədə müxbir qələminin sehri ilə tərənnüm edilir.
Məqalənin sonunda Lyudmila Burkina bir daha Azərbaycana səyahət zamanı təkcə paytaxt Bakını deyil, ətraf qəsəbə və bölgələrə səyahəti də tövsiyə edir.
Məqalə ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış olmaq mümkündür: http://www.vashdosug.ru/msk/travel/article/2432921/