Rza Əliyev: Kişi gimnastlarmızın medal şansları hələ də var
Bakı, 15 mart, AZƏRTAC
Kişi gimnastlarımızın çıxışları məni qane etmədi. Mən daha yüksək nəticə gözləyirdim. Ancaq kişi gimnastlarmızın medal şansları hələ də var.
Bu sözləri kişilərdən ibarət idman gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rza Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
R.Əliyev bildirib ki, gimnastlarımızın çıxışlarında bəzi səhvlər oldu. Düşünürəm ki, bu səhvlər onların həyəcanlı olması ilə əlaqədardır. Çünki gimnastlarımız Səudiyyə Ərəbistanı və Qazaxıstan idmançıları ilə birlikdə dörd dəfə təlim-məşq toplanışında iştirak edib və daha yaxşı nəticə göstərirdilər. Gimnastlarımızın nəticələri mənim üçün gözlənilməz oldu. Yaponiya, Çin və Yunanıstan gimnastları daha yüksək nəticə göstəriblər. İdmançılar arasında rəqabət çox güclüdür. Hər il bu rəqabət gimnastlar arasında daha da artır. Hələ hər şey bitməyib. Gimnastlarımız martın 16-da dəstəli at yarışlarında mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]