Saatlıda ər-arvadın ölümü ilə bağlı araşdırma aparılır VİDEO
Saatlı, 24 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Saatlı rayonunun Qaranuru kəndində qeydə alınıb. İlkin məlumata görə, 1933-cü il təvəllüdlü İbrahim İsmayılov və həyat yoldaşı 1936-cı il təvəllüdlü Pəri İsmayılova yaşadıqları evdə dəm qazının təsirindən boğularaq ölüblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib, meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:18]
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb VİDEO
- 14.05.2026 [14:54]
Taxıl yığımı ilə bağlı yanğın təhlükəsizliyinə dair maarifləndirmə aparılır
- 14.05.2026 [14:48]