Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycanda martın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşam şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 6-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:39]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]