Sabah fənn olimpiadalarının final turları başlayır
Bakı, 1 may, AZƏRTAC
Respublika fənn olimpiadalarının final turları başlayır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mayın 2-də fizika və coğrafiya, mayın 3-də riyaziyyat, mayın 4-də biologiya, mayın 6-da Azərbaycan dili və ədəbiyyat, tarix və informatika, mayın 10-da isə kimya fənləri üzrə respublika fənn olimpiadalarının final turu keçiriləcək. Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq.
İnformatika fənnindən yuxarı yaş qrupu (10-11-ci siniflər) üzrə final turu ADA Universitetində, aşağı yaş qrupu (8-9-cu siniflər) üzrə final turu Bakı Ali Neft Məktəbinin Bayıl korpusunda, digər fənlər üzrə isə “Hyatt Regency” hotelində təşkil olunacaq.
Şagirdlər final mərhələsinə gələrkən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsini gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:53]
Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” şirkəti arasında görüş
- 16.06.2026 [16:45]