Sabah gündüz yağış yağacaq, axşam tədricən kəsiləcək
Bakı, 7 may, AZƏRTAC
Azərbaycanda mayın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65-70, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-20, dağlarda gecə 7-12, gündüz 18-20 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [16:11]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 06.05.2026 [19:30]
Türkiyənin kənd təsərrüfatı və meşə naziri WUF13 barədə məlumatlandırılıb
- 06.05.2026 [17:05]
2050-ci ilədək şəhərlər: mənzil böhranı və “sıfır tullantı” strategiyası
- 06.05.2026 [15:46]
Bəzi yerlərdə yağış və qar yağır, duman müşahidə olunur – FAKTİKİ HAVA
- 06.05.2026 [12:30]