“Sabah” klubu xorvatiyalı futbolçunun transferini açıqlayıb
Bakı, 27 iyun, AZƏRTAC
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “tələbələr” xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalayıb.
24 yaşlı futbolçu Xorvatiyanın "Slaven Belupo" klubundan transfer olunub. O, Bakı təmsilçisində 13 nömrəli formada çıxış edəcək.
İ.Lepinitsa futbolçu karyerası ərzində Xorvatiyanın "Riyeka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018-2019), Almaniyanın "Arminiya" (2022-2023) klublarında çıxış edib. O, 2023-cü ildə "Riyeka"dan "Slaven Belupo"ya keçib. Futbolçu Xorvatiyanın U-19, U-20 və U-21 yığmalarının da şərəfini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]