“Sabah” NBA-da oynamış basketbolçunu transfer edib
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini daha bir legionerlə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, ABŞ-dan olan basketbolçu Trevon Duvalla 1 illik müqavilə imzalanıb.
2017-ci ildə ABŞ-da məktəb liqasında 1 nömrəli oyun qurucusu seçilən 188 boya malik basketbolçu "Duk Blu Devilz"in heyətində NCCA 1-ci divizionunda çıxış edib.
26 yaşlı oyunçu 2018/2019-cu illər mövsümündə "Miluoki" klubunun heyətində NBA-də debüt edib. O, son mövsümü Türkiyə Super Liqasında mübarizə aparan "Manisa BB" klubunda keçirib.
Trevon Duval 2014, 2015 və 2016-cı illərdə ABŞ millisinin aşağı yaş qruplarının təlim-məşq toplanışına çağırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]