Sabah ölkənin bəzi yerlərində hava arabir yağıntılı olacaq
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanda martın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 10-15° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 8-13° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, yüksək dağlıq ərazilərdə gecə 7°-dək şaxta, gündüz 3°-dək şaxta olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 10-15° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, duman olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-13° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 12-17° isti, dağlarda gecə 4-6°, gündüz 7-12° isti olacaq.