Sabah paytaxtda hava əsasən yağmursuz olacaq
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 12-17° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 7°-dək şaxta, gündüz 11-16° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə 3°-dək şaxta olacağı bildirilir. Gecə dağlıq ərazilərdə yollar buz bağlayacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 11-16° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 10-15° isti, dağlarda gecə 3-5°, gündüz 6-9° isti olacaq.