“Sabah”ın hücumçusu: Əldə etdiyimiz zəfər klubumuz üçün tarixi hadisədir, bundan həzz almalıyıq
Bakı, 3 iyun, AZƏRTAC
"Sabah"ın futbolçusu Pavol Şafranko Azərbaycan Kubokunun finalında "Qarabağ"a qalib gələrək titul qazandıqları oyunu şərh edib.
Matçla bağlı AZƏRTAC-a açıqlama verən slovakiyalı hücumçu bunları deyib: “Qarabağ”a qarşı çox çətin oyun oldu. Azarkeşlərin matçdan həzz aldıqlarını düşünürəm. Amma oynamaq baxımından olduqca çətin idi. Rəqibə böyük hörmətimiz var. Bu komandanın heyətində səviyyəli futbolçular var və onlar çox gözəl oyun nümayiş etdirdilər. Bəzi epizodlarda bəxtimiz gətirdi, amma nəticədə qələbə qazandıq”.
30 yaşlı forvard növbəti mövsüm mübarizə aparacaqları UEFA Avropa Liqası turniri barədə indidən danışmağın tez olduğunu bildirib: ”Avrokuboklar haqqında düşünmək istəmirəm. Ailəm ilə vaxt keçirib, bu qələbəni qeyd etmək niyyətindəyəm. Əldə etdiyimiz zəfər klubumuz üçün tarixi hadisədir, bundan həzz almalıyıq”.
P.Şafranko Bakı klubundakı gələcək taleyi barədə isə bunları söyləyib: “Mənim “Sabah”la daha bir il müqaviləm var. Gələcəkdə nələrin olacağını zaman göstərəcək”.
Qeyd edək ki, “Sabah” “Qarabağ”la əsas vaxtı 2:2 hesabı ilə başa çatan matçın əlavə vaxtında daha bir qol vuraraq, Azərbaycan Kubokunun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [14:06]
Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti bəlli olub
- 23.05.2026 [13:36]
Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar
- 23.05.2026 [13:05]
Beynəlxalq güləş qaydaları Azərbaycan dilinə tərcümə edilib
- 23.05.2026 [12:35]
FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub
- 23.05.2026 [11:45]
Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib
- 23.05.2026 [10:02]
Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaq
- 23.05.2026 [00:37]
“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub
- 22.05.2026 [23:04]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]
İş yerlərində gender bərabərliyinin təşviqi
- 22.05.2026 [22:35]
İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram
- 22.05.2026 [22:26]
Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib
- 22.05.2026 [22:07]
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbar istefa verib
- 22.05.2026 [22:06]
Azərbaycan iyulda keçiriləcək Esvatini İnvestisiya Konfransına dəvət edilib
- 22.05.2026 [22:03]
WUF13 çərçivəsində mədəniyyət gecəsi
- 22.05.2026 [21:52]
Tramp oğlu Donun toyunda iştirak etməyəcəyini açıqlayıb
- 22.05.2026 [21:41]
Naxçıvan şəhərində 15,5 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 22.05.2026 [21:31]
Premyer Liqa: “Qarabağ” mövsümü üç xalla bitirib
- 22.05.2026 [21:30]
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi necə müəyyən olunacaq?
- 22.05.2026 [21:25]