Sabiq gənclər və idman naziri Azad Rəhimovun xatirəsi yad edilib
Bakı, 30 aprel, AZƏRTAC
Bu gün tanınmış ictimai-siyasi xadim, sabiq gənclər və idman naziri Azad Rəhimovun vəfatından bir il ötür. Bu münasibətlə, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi ikinci Fəxri xiyabanda mərhumun məzarını ziyarət ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Rəhimovun məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.
2006-2021-ci illərdə Azərbaycanın gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti vəzifələrində çalışıb.
A.Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat edib.