Sabirabadda yanğın zamanı xəsarət alanlardan bir nəfəri Bakıya təxliyə olunub VİDEO









Sabirabad, 10 aprel , Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında rayonun Bala Həşimxanlı kəndində qeydə alınıb.
Ümumi sahəsi 160 kvadratmetr olan 3 otaqlı evdə başlayan alov anidən güclənib. Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənib, 5 nəfər isə yanıq xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad Rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərdəki tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, zəhərlənən və xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib. Xəsarət alanlardan bir nəfəri Y.Məmmədli Bakıya təxliyə olunub, digərləri isə ambulator müalicə üçün evə buraxılıb.